Reklam

Dad yarımçıq əlindən və ya asta gedən "usta"ların Bakıda "ölüm rəqsi"

Yazarlar 4 Avqust 2019 13:13 Oxunub 4168
Dad yarımçıq əlindən və ya asta gedən "usta"ların Bakıda "ölüm rəqsi"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol-nəqliyyat hadisələrində heç də hər zaman sürücülər günahkar olmurlar

Bu ilin əvvəlindən paytaxt ərazisində baş vermiş 244 yol-nəqliyyat hadisəsində 77 nəfər həlak olub, 216 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 17,6%, həlak olanların sayı 23,0%, xəsarət alanların sayı isə 15,6% azalıb.

Yоl hərəkətinə nəzаrət prоsеsində 372051, о cümlədən sürət rеjiminə əməl оlunmаmаsı ilə bağlı 212260, ötmə və manevr qaydalarının pozulmаsı ilə əlаqədаr 23389, nəqliyyаt vаsitəsinin sərхоş vəziyyətdə idаrə оlunmаsı ilə bаğlı 1009 inzibаti хətа aşkar еdilib.

Həmçinin dövr ərzində 87 аvtохuliqаn bаrəsində qаnunаuyğun tədbirlərin görülməsi təmin еdilib.

Paytaxtda yol qəzalarına səbəb nədir?

Sputnik Azərbaycan bu məsələyə aydınlıq gətirməyə çalışıb.

Nəqliyyat eksperti Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son illər Bakı şəhərində tıxacların qarşısını almaq, hərəkəti tənzimləmək məqsədilə yolların infrastrukturunda bir sıra dəyişikliklər edilib, yol ötürücüləri, tunel və körpülər tikilib. Lakin təəssüf ki, bu işlər yarımçıq qalıb, sonlandırılmayıb: "Bilirsiniz ki, tunel və körpülərdə avtomobillərin hərəkəti ilə bağlı xüsusi qaydalar var. Bu qaydalara riayət edilməlidir. Bunun üçün tunel və körpülərdə xüsusi qadağanedici nişanlar qoyulmalıdır. Ancaq təəssüflə qeyd etməliyəm ki, nə körpülərdə, nə tunellərdə belə qadağanedici nişanlar var. Tuneldə heç bir halda ötmə əməliyyatı etmək, avtomobilləri geri sürmək olmaz. Avtomobillə tunelə daxil olan kimi faralar yandırılmalıdır. Sağa-sola hərəkət etdirmək olmaz. Lakin tunel və körpülərdə bununla bağlı xəbərdarlıq nişanları qoyulmayıb".

Ekspert qeyd edir ki, qəzaların çox hissəsi Ziya Bünyadov prospektində baş verir. Çünki prospekt tunel və körpülərlə zəngindir.

"Tunel və körpülərdə qəzaların baş verməsinə səbəb qaydalara əməl olunmamasıdır. Bu yaxınlarda Z. Bünyadov prospektində tuneldə ölümlə nəticələnən qəza baş verdi. Amma bütün olanlara baxmayaraq, tunellərin girişində və çıxışında heç bir xəbərdaredici nişan qoyulmayıb", - deyə E. Cəfər vurğulayıb.

Ekspert hesab edir ki, qəzalara digər səbəb isə yollarda yararsız avtomobillərin olmasıdır.

Onun sözlərinə görə, belə köhnə avtomobillər digər ölkələrdən Azərbaycana gətirilir. Son zamanlar baş verən qəzalarda avtomobillərə baxanda onlar arasında köhnə, yararsız avtomobillərin çoxluq təşkil etdiyini görürük. Bu avtomobillər heç bir standartlara cavab vermir. Belə avtomobillər dövriyyədən çıxarılmalıdır. Artıq bununla bağlı "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı" təsdiq edilib. Bu illər ərzində yol hərəkəti tam təhlükəsiz olmalıdır. Bunun üçün yararsız və təhlükəli olan avtomobillər, xüsusilə sovet dövründən qalma avtomobillər yollardan kənarlaşdırılmalıdır".

Yol-nəqliyyat eksperti Azər Allahverənov qeyd edir ki, yol-nəqliyyat hadisələrinə ilkin səbəb sürət həddinin aşılmasıdır: "Yol-nəqliyyat hadisələrinin digər səbəblərindən biri isə piyadaların iştirakı ilə baş verən qəzalardır. 

Yol-nəqliyyat hadisələrində heç də hər zaman sürücülər günahkar olmurlar. Burada piyadaların da müəyyən qədər günahı olur. Gecələr isə qəzalar daha çox yolun hərəkət hissəsinin işıqlandırılmaması səbəbilə baş verir".

A.Allahverənov qeyd edib ki, baş verən qəzalara səbəb kimi istismar müddəti bitmiş, qəzalı avtomobillərin yollarda olmasını göstərmək yalnış fikirdir.

"Fors-major hallar yollarda baş verir. Texniki baxışdan keçən avtomobillər istismara yararlı avtomobillərdir. Yəni yollarda çox az sayda istismara yararsız avtomobil var. Düzdür, belə avtomobillər potensial təhlükədir. Amma baxaq bu avtomobillərin iştirakı ilə nə qədər qəza baş verir?" - deyə Allahverənov vurğulayıb.

Onun sözlərinə görə, dünyada baş verən qəzaların 10 faizi yüksək sürət həddi olan yollarda avtomobillərin aşağı sürətdə hərəkət etməsi səbəbilə baş verir. Bu, beynəlxalq statistika olsa da, Bakı üçün də keçərli bir haldır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh