Dayanacağı olan avtobusların dayanacaq problemi – VİDEO

Yasamal rayonunun mərkəzi yollarından hesab edilən A.M.Şərifzadə küçəsi, 3 sayılı "ASAN xidmət"in yaxınlığında pavelyonu olmasa da, avtobus dayanacağı var.
Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, uzun müddətdir nişanı qoyulan dayanacaqdan, sanki, təkcə avtobus sürücüləri xəbərdardır.
Üç zolaqlı yolun, demək olar ki, yarı hissəsini minik avtomobilləri tutur. Avtobusun ərazidə saxlması ilə burada yaranan mənzərəni təsəvvür etmək çətin deyil. Yoldakı qəza mənzərəsini görmək üçün uzun-uzadı müşahidə aparmağa da ehtiyac yoxdur. Vəziyyət dayanmalı olduğu yerdə dayana bilməyən avtobus sürücülərini də təngə gətirib.
Avtobus sürücüsü: "Dayanacaqdan sərnişin götürə bilmirəm. Saxlaya bilmirəm, arxadan maşınlar siqnal verir".
Avtobus sürücüsü: "Məcburən yolun ortasında saxlayıram".
Çətinlik çəkən təkcə sürücülər deyil. Park edilən onlarla avtomobilin arasında sıxıla-sıxıla avtobus gözələyənlər də eyni problemi yaşayır.
Sərnişin: "Olmaz burada saxlamaq, dayanacağın öz yeri var. Avtobusa minmək üçün yolun ortasında, üçüncü zolaqda dayanıram".
Sərnişin: "Keçməyə yol yoxdur, daha nə olsun?". Dayanacağı pul aldığı avtomobillərin park yerinə çevirənlər isə gözlə görünəni inkar edir.
Park nəzarətçisi: "Avtobuslar düzgün saxlamır. Gəlib maşınların arxasında dayanırlar. Bura dayanacaq deyil, park yeridir. Dayanacaq işarəsini sonradan gətirib qoyublar".
Qeyd edək ki, Bakıda parkinqlərə Bakı Nəqliyyat Agentliyi nəzarət edir.
Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin vəziyyətlə bağlı ARB xəbərə açıqlaması isə belə oldu: "Günü sabah əraziyə baxış keçiriləcək. Uyğunsuzluq aşkar edilərsə, aradan qaldırılacaq".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












