Dayanma-durmaya görə cəriməni ödəməsəniz nə olacaq? - Boşluqlar var

Bakı şəhərində dayanma-durma qaydalarının pozulmasına görə, cərimələri bir müddətdir ki, Bakı Nəqliyyat Agentliyi icra edir. BNA-nın açıqlamasına görə, son iki ayda 53 mindən çox protokol tərtib olunub. Bəs bu cərimələri ödəməyən sürücülərin aqibəti necə olur? Cərimə faizləri də yığıldıqdan sonra sürücünün avtomobilinə həbs qoyulurmu? Bu həbsi yol polisi, yoxsa BNA qoyur?

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a açıqlamasında bildirib ki, qanunvericilikdə bunun üçün xüsusi maddə olmadığı üçün yol polisi özünün yazdığı cərimələrlə bağlı həyata keçirdiyi qanunauyğun məsələləri eyni şəkildə burda da tətbiq etməlidir. Yəni əgər sürücü dayanma-durma qaydalarını pozduğuna görə, yazılmış cəriməni ödəmirsə o zaman yol polisi digər cərimələrlə olduğu kimi avtomobilə həbs qoya bilər.

DYP-nin şöbə rəisi, polis polkovniki Kamran Əliyev Avtosfer.az-a bildirib ki, yol polisinin sistemində BNA-nın yazdığı protokollar öz əksini tapmayıb. Ona görə də DYP hansı sürücünün cəriməni ödəyib, ödəmədiyini görə bilmir. Bu səbəbdən də DYP dayanma-durma qaydalarını pozan və buna görə cəriməni ödəməyən sürücülərin avtomobilinə həbs qoya bilmir.
_1505806864.jpg)
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Avtosfer.az-a bildirib ki, bu kimi məsələlər İnzibati Xətalar məcəlləsinin 16-cı fəslində göstərildiyi qaydalara uyğun olaraq tənzimlənir. Bu günədək dayanma və durma qaydasının pozulmasına görə cərimə sanksiyası tətəbiq edilən hər hansı bir nəqliyyat vasitəsinin duracağa gətirilməsi ilə bağlı qərar qəbul olunmayıb. Belə bir qərar olduğu halda bu barədə Mərkəzi İnformasiya sisteminə də məlumat ötürülür.
Orxan Əli
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












