Dəniz taksiləri Bakı üçün alternativ nəqliyyat növü ola bilər

Dəniz taksiləri Bakı üçün alternativ nəqliyyat növü ola bilər. Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı dəniz taksilərinin sərnişin daşımalarında önəmli rol oynaya biləcəyini ifadə edib. Bildirib ki, sadəcə nə qədər rentabelli olacağı araşdırılmalıdır:
"Dəniz taksilərinin fəaliyyəti, dəniz üzərindən körpülərin salınması, müxtəlif qayıqların, gəmilərin sərnişindaşıma işinə cəlb olunması məsələsi uzun illərdir müzakirə olunur. Amma digər tərəfdən, Bakının küləklər şəhəri olması, dalğaların hündürlüyünün bu nəqliyyat növünün hərəkətinə təsiri və s. məsələlər bir az dərindən analiz edilməlidir. Bu barədə Xəzər Dəniz Gəmiçiliyinin və digər bu sahə üzrə mütəxəssislərin rəyi lazımdır. Ümumiyyətlə, sərnişin daşınmasından söhbət gedirsə, biz nəqliyyatçı kimi bunu dəstəkləyirik. Alternativ növdür, dünyanın bir çox ölkələrində var. Hətta adalarla zəngin ölkələrdə dəniz taksilərindən çox geniş istifadə olunur. Bu, turizm potensialını da gücləndirən amildir. Sadəcə olaraq, təkcə, Bakıdan Bakıya, Bakıdan Sumqayıt, Novxanı, Abşeron yarımadası istiqamətində yox, eyni zamanda Xaçmaz, Nabran, Lənkəran, yəni şimal və cənub istiqamətində də rentabellik, sərnişinlərin buna marağının hansı səviyyədə olması tədqiq edilməlidir. Azərbaycanda hazırda Sosial Tədqiqatlar Mərkəzi var. Bu mərkəz bununla bağlı sorğular keçirməli, aidiyyəti qurumlarla birgə müzakirə aparılmalıdır".
Ekspert onu da əlavə edib ki, Xəzər dənizinin suyu getdikcə azalır. Bu səbəbdən konkret marşrutlar müəyyən etməyin real olub-olmamağı ilə bağlı Xəzər dənizində bəlkə aylarla, hətta illərlə araşdırmalar həyata keçirilməlidir:
"Bu gün bu nəqliyyat növü aktual görünə bilər, amma birdən suyun səviyyəsi daha da azaldı, o zaman nə baş verəcək? Bu cür nəqliyyat növləri milyonlarla vəsaiti batırmış olacaq. Bu səbəbdən hesab edirəm ki, ətraflı araşdırma olmalıdır. Bu gün Bakıda nəqliyyatın fəaliyyəti başqa cür tənzimlənə bilmir. Şəhər artıq boğulur. Xaotik tikinti bumu nəqliyyatı çıxılmaz hala gətirib. Bunun çıxış yolu olmalıdır. Məsələn, kənar dairəvi yollar çıxış yollarından biridir. Deyək ki, siz Qaradağ rayonundan gəlirsiniz və Maştağaya getmək istəyirsiniz. Bu yollar sizi şəhərə daxil olmadan ünvana aparır. Bakının baş planında kənar dairəvi yollar nəzərdə tutulub. Əgər bundan sonra vəziyyət dəyişməzsə, düşünürəm ki, dəniz nəqliyyatına da baxmaq olar".
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











