Deputat radarlara etiraz etdi: - Lazım olmayan yerlərdə quraşdırılır

“Yol hərəkəti haqqında” qanuna kosmetik dəyişikliklər edilməməli, bütövlükdə məsələyə yeni yanaşma olmalıdır”. Avtosfer.az xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” və “Notariat haqqında” qanunlara dəyişiklik edilməsi məsələsinin müzakirəsi zamanı deyib. Millət vəkili bildirib ki, təhlükəsizliyimizi təmin edən bu sahəni yeni qaydalarla nizamlamalıyıq: “Məsələn, əvvəlcə qanun qəbul etmişdik ki, sürücü avtomobil idarə edərkən üzərində sürücülük vəsiqəsi yoxdursa, bu müxtəlif cərimələrin tətbiq olunmasına gətirib çıxarmırdı. Bu gün Azərbaycanda elektron hakimiyyət yaradılır. Bütün hüquqi münasibətlər elektron internet sistemi üzərindən qurulur. Belə olanda sürücünün üzərində sürücülük vəsiqəsinin olub olmamasının yol polisi üçün nə fərqi var? Onlar xüsusi vasitə ilə bunu dəqiqləşdirə bilərlər. Bu, süni maneədir”.
Millət vəkilinin fikrincə, “Yol hərəkəti haqqında” qanun bu sahənin təhlükəsizliyinin təmin edilməsi üçün olmalıdır: “Amma biz nə edirik? Bəzi hallarda lazım olmayan yerlərdə də radar dediyimiz xüsusi qurğunu yerləşdiririk. Beləliklə, bu hal da sürücülərdə kütləvi mənfi emosiya doğurur və idarəetmədə təhlükəli hallar yaranır. Nəticə etibari ilə təhlükəsizlik əvəzinə təhlükəli vəziyyət yaradırıq. Ona görə də bu sahədə yeni qanunlar təhlükəsizliyiə xidmət etsin“.
Elməddin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












