“Diqlas” kimindir? - Eldar Mahmudov, Məhərrəm Əliyev, yoxsa Əli Nağıyev...

Dəhşətli yanğın nəticəsində külə dönən "Diqlas” Ticarət Mərkəzinin hansı məmura məxsus olması ilə bağlı mediada və sosial şəbəkələrdə müxtəlif məlumatlar yayıldı. Bu məlumatlardan ən önə çıxanı isə yanğın baş verən andan bir az sonra yayılan mərkəzin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova məxsus olması haqda informasiya oldu.
Həmçinin, keçmiş nazir Əli Nağıyevin də adı hallandı. Hətta bu yanğını onun dünənki sensasion açıqlaması əlaqələndirməyə cəhdlər də oldu. Bu haqda araşdırmaçı jurnalist Fikrət Hüseynli maraqlı paylaşım edib. O, bildirib ki, bəzi şəxslər "Diqlas”ı zorla keçmiş sosial təminat naziri Əli Nağıyevə bağlamağa çalışır.
"Əslində, bir az məlumatlı adam bilir ki, Nağıyevin belə bir yeri olmayıb. Həmin bazarı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyevin qardaşları tikib istifadəyə verib. Bazar özü isə uzun illər Bakı şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Məhərrəm Əliyevin nəzarətində olub. Nadir Əzizov adlı yaxın qohumu idarəetməyə baxırdı.
Eldar Mahmudovun MTN-ə gəlməsi ilə bazar uğrunda savaş başladı. Öncə Mahmudov bazarın 40 faizinə, sonra da 60 faizinə sahib oldu. Hazırda bazarın 40 faizi Məhərrəm Əliyevin qohumunun, 60 faizi isə Eldar Mahmudovun oğlu Anarın nəzarətindədir. Yerin isə Nağıyevlərin adına olduğu deyilir.
Bazarın yanması təsadüf də ola bilər, dünən Məhərrəm Əliyevin YAP-çı, keçmiş nazir Əli Nağıyevin açıqlamasından sonra onunla təmasa keçməsindən də...”.
F.Hüseynli qeyd edib ki, Ticarət Mərkəzi ilə bağlı Əli Nağıyevin adının çəkilməsinin bir səbəbi isə bu bazarın, o cümlədən Lotos-un tikintisini Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyevin qardaşı Cəlil Nağıyev həyata keçirməsidir: "Nağıyevlər tikib sonra da satıblar (bəzi məlumatlarda da icarəyə verdikləri deyilir). Ticarət Mərkəzinin sığortası var, amma dükanlardakı malların yox. Yəni, oliqarxlar yenə pullarını alacaqlar. Olan ticarətçilərə oldu...”
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO











