Reklam

Dizel mühərrikli avtobuslara tətbiq edilmiş aksiz vergisi ləğv olunmalıdır - Hüquqşünas

Yazarlar 13 Dekabr 2021 11:22 Oxunub 1018
Dizel mühərrikli avtobuslara tətbiq edilmiş aksiz vergisi ləğv olunmalıdır - Hüquqşünas
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ölkəmizdə ictimai nəqliyyatın səviyyəsi, xüsusən də avtobus parkının bərbad vəziyyəti hər kəsə məlumdur. Pandemiya dövründə ictimai nəqliyyata, xüsusən ona etimad məsələsinə ciddi zərbə dəydiyi də göz qabağındadır. Elə bu səbəbdəndir ki, məsələn, paytaxt yollarında tıxacların səviyyəsi pandemiyadan əvvəlki vəziyyəti keçib. Belə davam etsə, daha sürəkli və dözülməz tixaclar görəcəyik. Ona görə də təcili olaraq ictimai nəqliyyatın yaxşılaşdırılması, avtobusların yenilənməsi, marşrut sayının artırılması, şəbəkənin genişlənməsi, ictimai nəqliyyata etimadın bərpası üçün işlər görülməlidir. Bu istiqamətdə görüləsi ən vacib işlərdən biri bütün ölkə üzrə, xüsusən də paytaxtda, Gəncədə və Sumqayıtda avtobusların yenilənməsi və onların sayının artırılmasıdır.

Lakin dizel mühərrikli avtobusların idaxlına 2019-cu il yanvarın 1-dən aksiz vergisinin tətbiqi dizel mühərrikli avtobusların ölkəyə gətirilməsini xeyli çətinləşdirib. Avtobus parkımızın elektrobuslar və CNG (sıxılmış qaz) ilə işləyən avtobuslar hesabına genişləndirilməsi və yenilənməsi isə kifayət qədər çətin işdir. İctimai nəqliyyatın istismarı ilə bağlı indiki iqtisadi vəziyyətdə fərdi sahibkarların bu sahəyə ciddi yatırım edəcəyini gözləmək əbəsdir. Hətta elektrobusların və CNG ilə işləyən avtobusların geniş istismarı üçün hazırda şərait də yoxdur (BakuBus qarajları istisna olmaqla, avtobusları CNG ilə təmin edəcək doldurma məntəqələri yoxdur). Yalnız dövlət büdcəsi hesabına bu işin yerinə yetirilməsi də həm real deyil, həm də səmərəli olmayacaq. Belə olan təqdirdə yaxın illər üçün hələlik çıxış yolu daha müasir dizel mühərrikli avtobusların gətirilməsidir. 

Düşünürəm ki, dizel mühərrikli avtobusların idaxlına yanlış olaraq tətbiq edilmiş aksiz vergisinin 2022-ci il yanvarın 1-dən ləğvi Vergi Məcəlləsinə edilən dəyişikliklər sırasına daxil edilməlidir. Belə edilməsə, paytaxtın və bütövlükdə ölkənin avtobus parkının yenilənməsi və genişləndirilməsi daha da ləng gedəcək. 
Onsuz da il ərzində ölkəyə gətirilən avtobusların sayı bir neçə yüz olur. Onlara görə aksiz çox cüzi bir məbləğ edir və dövlət büdcəsi bundan zərər görməyəcək. Eyni zamanda nisbətən yeni dizel mühərrikli avtobusların idxalının çətinliyi 10-15 ilin dizel mühərrikli, paravoz tüstüsü verən avtobuslarından daha bərk yapışmağa vadar edir ki, bu da ekoloji baxımdan daha təhlükəlidir.

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh