Dollar kəskin ucuzlaşacaq? - Ekspert izah edir

ABŞ-da bir sıra indekslərdə azalma müşahidə olunsa və işsizlik artsa da, dolların kəskin ucuzlaşması gözlənilmir. Avtosfer.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Rövşən Ağayev deyib. Ekspert ümumiyyətlə indiki situasiyanın bir qədər fərqli olduğunu bildirib: "İnkişaf etmiş ölkələrdə iqtisadiyyatdakı durumu bir neçə indikator əsasında dərhal qiymətləndirmək mümkündür. Belə ki, biznesin, təchizatçı menecerlərin gözlənti indeksi, sifarişlərin həcmi, işsizlik göstəricisi, sənaye məhsulu indeksləri əsasında avrozonada və ABŞ-da valyutanın durumunu müəyyən edirlər. Düzdür, ABŞ-da bir sıra indekslərdə azalma müşahidə olunur və işsizlik artır. Ancaq, bu dolların digər valyutalar qarşısında birmənalı olaraq kəskin ucuzlaşmasına gətirib çıxarmayacaq. Çünki iqtisadi zəifləmə avrozonada və Çində də müşahidə olunur".
Ekspertin sözlərinə görə, inkişaf etməkdə olan bazarlarda, xüsusilə də Avropa və Çin iqtisadiyyatında iqtisadi göstəricilər daha yaxşı olsaydı, o zaman dolların digər valyutalar qarşısında dəyər itirməsini gözləmək olardı: "Bir də iqtisadi böhran və iqtisadi meyillərdə kəskinləşmə baş verərsə, dollar ucuzlaşa bilər".
Qeyd edək ki, dünya valyuta birjalarında son günlər ABŞ iqtisadiyyatına dair fundamental məlumatların açıqlanması dolların yenidən ucuzlaşa biləcəyini gündəmə gətirib.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












