“DYP əməkdaşları piyadaların qayda pozmalarına diqqət ayırmalıdırlar” - Aslan İsmayılov
Yazarlar
15 Oktyabr 2021 13:42

“Yol Polisi İdarəsinin çox ciddi bir məlumatını oxudum. Qeyd olunur ki, “ 2021-ci ilin 9 ayı üzrə paytaxt ərazisində qeydə alınan 354 yol-nəqliyyat hadisəsində 145 nəfər həlak olub, 284 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qeyd olunan ümumi hadisələrin 57,1 faizi isə məhz piyada vurma hallarıdır. Yəni paytaxt yollarında həlak olanların 93 nəfəri, xəsarət alanların isə 115 nəfəri piyadadır”. Bu məlumatda diqqətimi ən çox çəkən avtoqəzalar nəticəsində ölüm hallarının çoxunun piyadalarla bağlı olmasıdır. Əlbəttə, sürücülərin diqqətsizliyi, bəzi hallarda xuliqanlığı, pulla sürücülük vəsiqələrinin verilməsi az əhəmiyyət kəsb etmir. Ancaq ən əsas səbəblərdən biri piyadaların yol hərəkət qaydalarına diqqət yetirməmələridir”. Avtosfer.az-ınxəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib. A.İsmayılov qeyd edib ki, ən ciddi məsələ isə piyada keçidləri ilə bağlıdır: “Bir çox yerlərdə piyada keçidləri azlıq təşkil edir. Ancaq piyada keçidləri olan yerlərdə də piyadalar maneələri aşmaqla yolu keçməyə üstünlük verirlər. Ən azından Bakının əsas işlək magistral yollarından biri olan yüksək sürətli Heydər Əliyev prospektində tez-tez piyadaların ölümü ilə nətəcələnən xəbərləri oxuyuruq. Bundan başqa özüm hər gün Bibiheybət qəsəbəsindən şəhərə maşınla gələndə gördüklərim odur ki, 5 metrliyində keçid olan yerlərdə belə yaşlı-başlı insanlar o yolu da qaçaraq keçirlər və hər gün qəza ilə nəticələnə biləcək qayda pozuntusuna yol verirlər. Çox ciddi problem isə piyadaların günahı ucbatından baş verən avtoqəzalarda ekspertlərin verdikləri rəylərdir. Demək olar ki, bütün hallarda sürücünün yol nəqliyyat hadisəsinin qarşısını ala biləcəyi haqqında rəy verilir. Bunun isə bilərkdən, korrupsiyaya şərait yaratmaq məqsədi ilə edildiyini təxmin edirəm. Ona görə də hesab edirəm ki, ekspertlər yüksək sürətli yollarda piyada ilə bağlı qəzalarda bu cür rəylərin verilməsindən imtina etməlidirlər. Bundan başqa, DYP əməkdaşları daha çox piyadaların qayda pozmalarına diqqət ayırmalıdırlar”.
Oxunub : 1498
DİGƏR XƏBƏRLƏR
12 Noyabr 2026 16:23
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
11 Noyabr 2026 15:53
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
4 Noyabr 2026 17:16
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
28 Oktyabr 2026 15:48
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
26 Oktyabr 2026 15:18
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
26 Oktyabr 2026 12:18
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
19 Oktyabr 2026 16:24
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
13 Oktyabr 2026 16:48
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
30 Sentyabr 2026 17:09
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
23 Sentyabr 2026 21:55
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
4 Avqust 2026 17:09
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
29 İyul 2026 15:18
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
ŞƏRH YAZ












