Ekspertdən küçə və yolların işıqlandırılmasına dair maraqlı ŞƏRH

"Küçə və yollarımızda gecə vaxtı süni işıqlandırmanın olmamasının yol hərəkəti üçün çox ciddi təhlükə olduğu barədə çox danışmışıq. Amma hələ ki, bu işlə əsaslı məşğul olunduğu görünmür". Avtosfer.az xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, 1980-ci illərdə ucqar dağ kəndlərinin küçələrinə də işıqlandırma dirəkləri qoyulmuşdu və kəndin asfaltsız ara yolları işıqlandırılırdı. "Rəsmi məlumatlara görə hazırda ölkəmizdə elektrik enerjisi tələbatdan da artıqdır, hətta ixrac olunur. Belə olan halda hətta paytaxtın küçə və yollarının işıqlandırılmaması ciddi narahatlıq doğurur. Xatırladıram ki, qüvvədə olan qanunvericilikdə yaşayış məntəqəsi ərazisində bütün yolların stasionar işıqlandırılması, habelə yaşayış məntəqəsindən kənar yerlərdə də mövcud elektrik paylayıcı şəbəkəsindən istifadə etmək mümkün olduqda böyük körpülər, avtobus dayanacaqları, I və II dərəcəli yolların bir-biri ilə və dəmir yolu ilə kəsişdiyi sahələr, bunlara yanaşmalar ən azı 250 metr məsafədə işıqlandırılmalıdır. Hətta bu tələb bü gün üçün köhnəlmiş sayılmalıdır. Məlumdur ki, yaşayış məntəqələrindən kənar respublika əhəmiyyətli yollarımızın demək olar ki, hamısında gecə vaxtları da intensiv hərəkət olur. Belə şəraitdə həmin yolların hər yerində daimi stasionar işıqlandırma təhlükəsizlik üçün çox vacibdir" - deyə o əlavə edib.
Namiq
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












