Ekspertdən sürücülərə məsləhət - Bayramda qəzalar çoxalır

“Son vaxtlar yollarda ağır qəzalardan, ölən və yaralananların sayı xeyli artıb”. Avtosfer.az xəbər verir ki, bu barədə ekspert Ərşad Hüseynov son günlər yollarda baş verən qəzalarla bağlı "facebook" hesabından sürücülərə müraciət edib.
"Bəzi hadisələrin təfərrüatlarına baxanda adam dəhşətə gəlir: bu dərəcədə sadəlövh yanaşma, belə məsuliyyətsizlik, bu qədər diqqətsizlik olmaz axı…
Əsas səbəblər və bütün baş verənlərin zəmini məlum olsa da, təxminən son bir aydakı qırğınların xüsusi səbəbini izah etmək asan deyil…
Qarşıdan da Ramazan bayramı, daha sonra bir günlük fasilə ilə həftəsonu istirahət günləri gəlir. Kədərli statistika göstərir ki, belə günlərdə ciddi qəzalar daha çox olur, çünki yollarda hərəkətlilik, xüsusən uzaq məsəfələrə səyahətlər çoxalır.
Sürücü dostlar, təkrar da olsa, tövsiyə edirəm ki, ehtiyatı əldən verməyin. Çox diqqətli olun. Təhlükəsizlik tələbləri və qaydalardan kənar heç nəyə güvənməyin. Sizinlə yanaşı gedənin, arxadan və ya qarşıdan gələnin kim olduğunu bilmədiyinizə görə heç vaxt riskli manevr etməyin. Nəzərə alın ki, adi halda seyrək hərəkət olan magistral yolda riskli manevr mümkün idisə, sıx hərəkət vaxtı bu mümkün olmayacaq, qəza şəraiti yaradacağınız halda, qəzadan qaçmaq şansınız azalacaq.
Sürət rejiminə ciddi riayət edin. Əmin ola bilərsiniz ki, gedəcəyiniz ən uzaq məsafədə də aşırı sürət uzaq başı sizi 30-40 dəqiqə irəli sala bilər. Amma bunun əvəzində daha artıq yanacağınız işlənəcək, daha ciddi təhlükəyə məruz qalacaqsınız, gərgin olduğunuza görə tez yorulacaqsınız və s…
İstilərin birdən başlaması insanın tez yorulmasına səbəb olur. Bunu da nəzərə alın və yorğun halda yola çıxmayın…
Çalışın özünüzün və qohum-əqrabanızın bayram əhvalını qəzalarla korlamayasınız.
Bayramınız mübarək!"
Namiq
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










