Reklam

Ekspertdən XƏBƏRDARLIQ: “Qadın təlimçilərin 70 faizi qeyri-peşəkardır”

Yazarlar 13 Avqust 2021 10:15 Oxunub 1830
Ekspertdən XƏBƏRDARLIQ: “Qadın təlimçilərin 70 faizi qeyri-peşəkardır”
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Qadınlar ictimai nəqliyyatdan istifadə edəndə sıxlıq, növbələr, avtobusların ağzına qədər dolu gəlməsi, işə gecikmələrə görə bir diskomfort yaşayırlar. Kişilər indi bir variant tapıb qucaq-qucağa da olsa hərəkət eləyirlər. Amma qadınlar bunu edə bilmirlər. Nəticədə işdən olurlar, söz götürürlər, işdə problem yaranır. Və ona görə bir az imkanı çatan xanımlar avtomobil seçimi etməyə başlayırlar, sürücülük təlimlərinə qoşulurlar” deyən nəqliyyat üzrə ekspert Elməddin Muradlı qadın sürücülərin artdığını da qeyd etdi və bu rəqəmin artıq 60 minə yaxın olduğunu diqqətə çatdırdı.
Avtosfer.az xəbər verir ki, Bizim.Media-nın qadın təlimçilərin sayının artması ilə bağlı sualına cavabda isə ekspert bildirdi ki, tələbata uyğun olaraq qadın təlimçilərin sayı artıb.
Amma o təlimçilərin hamısı sürücüdürmü?

“Peşəkar təlimçidirmi? Xeyr. Problem bundadır ki, təlimçilərin hamısı sertifikatlı peşəkar təlimçi deyillər. Onların arasında seçim aparmaq lazımdır. Prezident İlham Əliyev tərəfindən imzalanmış yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramında da əksini tapıb. Təlimçilər kimlər olmalıdır? Təlimçilər vaxtı-vaxtında təlimlərə cəlb olunmalı, onların özlərinə də təlim keçirilməli və sertifikatlar verilməlidir. Sertifikat əsasında isə fəaliyyət göstərməlidirlər.
Yəni, kimin əlində sertifikat varsa, o, təlimçidir. Digərləri isə güzəranı üçün çalışan insanlardır. 
Sadəcə, 3-5 il qabaq maşın alıb, sürücülük bacarıqlarına güvənir və avtomobilin üzərinə təlim işarəsi qoyaraq təlimlər keçməyə başlayır. Onların 100-dən 70-i peşəkar deyil. Bu gün 100 xanım təlimçi varsa, tam səmimi şəkildə deyirəm onun 70-nin özünə təlim keçmək lazımdır”.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh