Ekspertlərin təklifinə BNA-dan cavab - Layihə verilib

Bu gün Bakının xüsusilə günün pik saatlarında sıxlıq müşahidə edilən yerlərindən biri metronun “Gənclik” stansiyasının çıxışıdır. “Gənclik Moll” fəaliyyətə başlayandan sonra həmin ərazi ilə hərəkət etmək əsl problemə çevrilib. Dayanacaq taksilər və şəxsi avtomobillər tərəfindən zəbt olunduğuna görə çoxsaylı avtobuslar yolun ikinci və üçüncü zolağında saxlamalı olurlar ki, nəticədə böyük bir xaos yaranır. Avtosfer.az-ın axar.az-a istinadən məlumatına görə, ekspert və mütəxəssislər hesab edir ki, sözügedən ərazidə davamlı olaraq hərəkətdə problem yaşanmasına səbəb ərazidə düzgün nəqliyyat planlaşdırılmasının aparılmaması və qayda pozuntularına qeyri-effektiv nəzarətdir. Mütəxəssislər hesab edir ki, ümumiyyətlə, bu cür böyük ticarət mərkəzlərinin qarşısında sərnişin mindirib-düşürtmək üçün xüsusi ayrılmış yer olmalıdır. Həmçinin taksi dayanacağı da təşkil edilməlidir.
Qeyd edək ki, bütün bunlar üçün həmin ərazidə yer var. Məsələn, hazırda Tofiq Bəhrəmov adına stadionun qabağında iri parkinq təşkil olunub. Ekspertlər hesab edir ki, həmin ərazinin böyük hissəsi ictimai zona ola bilər. Meydanın kiçik bir hissəsi isə həm sərnişin mindirib və düşürtmək, həm də taksi dayanacağı kimi istifadə edilə bilər. Mütəxəssislərin fikrincə, bundan sonra sözügedən ərazidə qayda pozuntularına nəzarət mexanizmləri səmərəli işləyə bilər və gündəlik yaşanan xaos da aradan qalxar.
Mövzu ilə bağlı açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, “Gənclik Moll” ticarət mərkəzinin qarşısındakı mövcud vəziyyət diqqətdə saxlanılıb: “Mütəmadi olaraq həmin ərazidə BNA əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür. Bunun nəticəsində bir neçə müddətdir ki, günün pik saatlarında həmin ərazidən nəqliyyat vasitələri daha rahat şəkildə keçə bilir. Amma bu yalnız bizim əməkdaşlar orda olduğu zaman olur”.
M.Ağayev də etiraf edib ki, qeyd edilən ərazidə normal durumun olması üçün inzibati tədbirlər yetərli deyil. O əlavə edib ki, problemin həlli üçün müvafiq işlər görüləcək: “Zəruri infrastruktur da təşkil edilməlidir. Qeyd edim ki, BNA tərəfindən hələ ötən il layihə hazırlanıb və sizin qeyd etdiyiniz məsələlər də orda əksini tapıb. BNA öz səlahiyyətləri çərçivəsində bu məsələlərin tez bir zamanda həllini tapması üçün zəruri olan tədbirləri həyata keçirir. Eyni oxşar layihələr ərazi xüsusiyyətləri nəzərə alınmaqla “Nərimanov” metrostansiyası ətrafı üçün də hazırlanıb”.
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO











