Elektrik avtomobilləri ucuzlaşacaq? - DİQQƏT! - EKSPERT AYDINLIQ GƏTİRDİ

"Dövlət tərəfindən atılan bir sıra addımlar Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinin ucuzlaşmasına gətirib çıxara bilər. Burada həm də elektroavtomobillərin rolunu qeyd etmək olar. Çünki onlara daha çox güzəşt tətbiq olunur". Bu sözləri açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov deyib.
Onun sözlərinə görə, eyni zamanda hibrid avtomobillərə də dövlət tərəfindən təbliğat və təşviqat çərçivəsində ucuzlaşdırmaq üçün addımlar atılır: "Bu yaxınlarda Dövlət Gömrük Komitəsinin açıqlamasından da belə aydın oldu ki, bu avtomobilləri idxal vergisindən də azad etməyə çalışırlar. Artıq hibrid və elektroavtomobillər ƏDV-dən azad olunub".
Ərşad Hüseynov sözlərinə belə davam edib: "Əgər bu avtomobillər yaxın gələcəkdə idxal vergisindən də azad olunsa bu böyük bir rəqəm deməkdir. Təbii ki, bunlar həmin tipli avtomobillərin ölkəmizə daha ucuz gəlməyinə şərait yaradacaq və insanlar da onları rahatlıqla ala biləcək.
Bu cür avtomobillər ətraf mühitin qorunması üçün ən ideal variantdır. Elektromobillər isə ən yaxşısıdır. Hibrid avtomobillər isə ekologiyanın qorunması üçün ənənəvi avtomobildən 50 faiz daha effektlidir. Yəni, yanacağa 50 faiz qənaət edir. Ümid edirik ki, yaxın gələcəkdə hibrid və elektroavtomobillərlə bağlı daha güzəştli addımlar atılacaq".
Yazı “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Ətraf mühit və insan sağlamlığının qorunmasında yol hərəkəti təhlükəsizliyinin rolu" mövzusunda layihə çərçivsində hazırlanıb
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











