Elektrikdoldurma məntəqəsini su basdı, sürücülər çarəsiz qaldı - VİDEO

Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən elektrikdoldurma məntəqəsini su basıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, elektromobillərin enerji doldurması üçün nəzərdə tutulan məntəqənin ərazisinə kanalizasiya sularının dolmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlarda avtomobillərini elektriklə təmin etmək istəyənlərin məntəqəyə yaxınlaşa bilmədiyini görmək mümkündür. Problemin ötən axşam yağan yağışdan sonra ortaya çıxdığı bildirilir. Vəziyyətdən narazılıqlarını bildirən sürücülərin sözlərinə görə, hazırda ərazini təmizləmək üçün heç bir iş aparılmır. Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, qeyd olunan ünvanda yağış sularını kənarlaşdırmaq üçün Bakı Olimpiya Stadionunun drenaj sistemi mövcuddur.
Bakı Olimpiya Stadionunun mətbuat xidməti Fərid Əsədzadə isə saytımıza açıqlamasında qeyd etdi ki, sözügedən ərazi rəsmi olaraq stadionun deyil:
“Stadionun parkinqidir, ancaq cavabdeh biz deyilik. Stadiona aid olan ərazi hasarlanıb”.
Sözügedən görüntüləri təqdim edirik:
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












