Elgin Həbibullayev: "İlham Əliyevin rəhbərliyi böyük tarixi şansdır" - FOTOSESSİYA

Nərimanov Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Nəsillərarası dialoq-Yeni perspektivlər və çağırışlar” adlı tədbirdə mövzusunda gənclərlə görüş keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlanıb.
Avtosfer.az xəbər verir ki, millət vəkillərinin, alimlərin və rayonun fəal gənclərinin qatıldığı tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış böyük Zəfərin ölkəmizin tarixində nə qədər önəmli olduğunu diqqətə çatdırıb. Həmçinin bildirilib ki, dünyada baş verən mürəkkəb proseslər fonunda ölkəmizə İlham Əliyev kimi şəxsiyyətin rəhbərlik etməsi xalqımız üçün tarixi şans və böyük xoşbəxtlikdir.

Gənc nəsil bu həqiqətləri bilməli, təhlil etməli və düzgün nəticələrə gəlməlidir. Gənclərimizin ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirakına diqqət çəkən digər natiqlər Azərbaycan gəncliyinin bu gün dövlət başçısının ətrafında sıx birləşdiyini qeyd ediblər. Görüş Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətovun bacısı Fidan Hümbətovanın, Respublikanın Xalq artisti Nürəddin Mehdixanlının və digər natiqlərin təsirli çıxışları ilə yadda qalıb.
Səfər
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










