Əlillərə verilən maşınlar niyə nömrəsiz sürülür? - TƏHLÜKƏ MƏNBƏYİ - FOTO
Yazarlar
11 Avqust 2021 12:12

Son günlər ölkədə nömrəsiz maşın sürənlərin sayı artıb. Sosial şəbəkələrdə bununla bağlı bir çox görüntülər paylaşılır. Bildirilir ki, nömrəsiz maşın idarə edənlər sürət həddini aşıraraq, təhlükə yaradırlar. Mövzu ilə bağlı bakupost.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Arzu Kürsüm Babazadə deyir ki, əlillər və şəhid ailələri onlara verilən addan istifadə edib qaydaları pozmamalıdırlar: "Onlar cəmiyyət üçün ən lazımlı adamlardır. Amma qanun və qaydaların icrası vacib faktordur. Qanunları heç kim pozmamalıdır. Müharibənin od-alovundan çıxıb, qəzada ölmək də yaxşı bir şey deyil. Çünki bir dəfə qanunu pozan, hər cürə avtomobillə hərəkət edən, sonda avtoqəza törədir. Bu isə başqa insanların həyatına bilərəkdən müdaxilədir. Bununla bağlı nəzarət mexanizmi güclənməlidir. Qanunu pozan qaziyə də, əlilə də polis güzəşt etməməlidir. Edilən güzəştlər sonradan geniş miqyas alır".
Ekspert hesab edir ki, bu hallara Bakıda rast gəlinir və belə sürücülər polislər tərəfindən bağışlanılır: "Qazi, şəhid ailəsi nömrəsiz maşın sürür. Polis müdaxilə edən zaman öz adından xahiş edir. Çox vaxt polislər də onları bağışlayır, cərimə yazmırlar. Artıq bu kimi hallar bütün cəmiyyətə səs salıb ki, bəli, onları polis heç bir zaman cərimələməyəcək. Adi insanlar da bunu eşitdikləri zaman, onu saxlayan polisə əlil, qazi olduğunu deyib, canını qurtarır. Ümumiyyətlə, bu riskli və bağışlanmayan məsələlərdir".

Oxunub : 2562
DİGƏR XƏBƏRLƏR
30 Sentyabr 2026 17:09
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
23 Sentyabr 2026 21:55
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
4 Avqust 2026 17:09
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
29 İyul 2026 15:18
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
27 İyul 2026 16:41
""Onsuz da günah sürücüdə olacaq" düşüncəsi piyada ölümlərinin artmasına səbəb olur" - Elməddin Muradlı
10 İyul 2026 07:52
Sığorta bazarında 22 mlyonluq yeni dövriyyə – 100 manatdan 600 manata artım
22 İyun 2026 14:36
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
19 İyun 2026 09:48
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
11 İyun 2026 15:00
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
9 İyun 2026 10:48
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
5 İyun 2026 14:11
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
4 İyun 2026 21:00
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
ŞƏRH YAZ












