Reklam

Maşını etibarnamə ilə satanlar üçün TƏHLÜKƏ - Görün nələr baş verir...

Yazarlar 20 May 2021 16:55 Oxunub 37834
Maşını etibarnamə ilə satanlar üçün TƏHLÜKƏ - Görün nələr baş verir...
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son zamanlar avtomobili etibarnamə ilə satan şəxslər bir çox problemlə üzləşir. Bu barədə sürücülərdən bir neçəsi redaksiyamıza müraciət ünvanlayaraq hüquqi yardım almaq istəyib. Belə ki, avtomobili satan şəxs alqı-satqı müqaviləsi ilə yox, etibarnamə ilə satdığı üçün etibarnamənin vaxtı bitəndən sonra törədilən bütün xətalar xüsusi texniki vasitənin köməkliyi ilə mülkiyyətçinin adına rəsmiləşdirilir. Bunun səbəbi isə mərkəzi məlumat xidmətində eribarnamənin görünməməsidir. Adına protokol tərtib olunmuş mülkiyyətçi bundan xəbərsiz olduğu üçün cərimə məbləğinin üzərinə dəbbə pulu gəlir və üçüncü ayın tamamında nəqliyyat vasitəsini idarəetmə hüququ məhdudlaşdırılır. Bu cür vəziyyətlə üzləşən onlarla sürücü hüquqi çətinliklə üzləşir.

Belə vəziyyətin yaranmaması üçün nə etmək lazımdır?

Mütəxəssislər hər zaman tövsiyə edir ki, nəqliyyat vasitəsini alan və ya satan zaman alqı-satqı müqaviləsi ilə öz adınıza rəsmiləşdirin. Rəsmi alqı-satqı olan zaman bütün problemlər göz qabağında olur deyə sonradan nə alan şəxs, nə də satan şəxs başqa problemlərlə üzləşmir.

Bəs avtomobili etibarnamə ilə "satdığınız" zaman belə problemlə üzləşsəniz ilkin olaraq etməlisiniz?

Avtomobili etibarnamə ilə satdığınız şəxs sonradan öz adına rəsmiləşdirmirsə və etibarnamə qüvvədə olmadan avtomobili idarə edirsə, dərhal Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə ərizə yazaraq avtomobilinizin etibarnaməsiz idarə edildiyini bildirməlisiniz və avtomobilin mühafizə olunan duracağa yerləşdirilməsini xahiş etməlisiniz. Bununla yanaşı, cərimələr sizin adınıza rəsmiləşdirilibsə, ərizədə bu xüsusatları qeyd edərək vəsatət verməlisiniz. Edilən müraciətdən sonra cərimələr həmin şəxsin adına yönəldiləcək və avtomobil isə mühafizə olunan duracağa yerləşdiriləcək. Belə etməklə onu məsuliyyətli olmağa çağırmış olacaqsınız, sizə aid olan problem isə həll olunmuş sayılacaq.
 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh