Fransa və Belçikada sürət rejimini pozanları nə gözləyir? - Ağır cərimələr və ballar

Bir neçə gün əvvəl Avtosfer.az-da Almaniyada sürət rejiminin pozulmasına görə tətbiq edilən cəzalardan söhbət açmışdıq. İndi isə bu ölkənin qonşularından danışmaq istərdik. Başlayaq Fransadan. Bu ölkədə sürət rejiminə minlərlə müxtəlif tip radar nəzarət edir. Radar xətası isə 3 km/saat götürülür. Sözü uzatmadan keçək mətləbə:
Bu ölkədə sürət rejiminin 20 km/saatadək aşılması 135 avro cərimə + 1 balla cəzalandırılır.
Sürət rejiminin 20 – 30 km/saat aşılması - 135 avro + 2 bal
Sürət rejiminin 30 – 40 km/saat aşılması - 135 avro + 3 bal. Bundan əlavə sürücülük hüququ 3 il məhdudlaşdırılır.
Sürət rejiminin 40 – 50 km/saat aşılması - 135 avro + 4 bal. Bundan əlavə sürücülük hüququ 3 il məhdudlaşdırılır.
Sürət rejiminin 50 km/saatdan çox aşılması - 1500 avro + 6 bal. Bundan əlavə sürücülük hüququ 3 il məhdudlaşdırılır. Bu müddət ərzində sürücülük vəsiqəsi tələb olunan bütün növ nəqliyyat vasitələrinin idarə edilməsi qadağan edilir.
Sürət rejiminin dəfələrlə 50 km/saatdan çox aşılmasına görə - 3750 avro + 6 balla cəzalandırılıq. Bundan əlavə sürücü 3 ay müddətinə həbs edilir, NV müsadirə olunur. Sürücü yeni vəsiqə əldə etmək üçün azı 5 il gözləməlidir. Xətanın nəticələrindən asılı olaraq prokuror digər cəzalar da tələb edə bilər.
Başqa fransızdilli ölkə - Belçikada hesablama qaydası bir qədər fərqlidir. Beləliklə, yaşayış məntəqəsi daxilində:
Sürət rejiminin 1-10 km/saat aşılması - 53 avro,
Sürət rejiminin 11-30 km/saat aşılması - 53 avro + hər əlavə km üçün 11 avro,
Sürət rejiminin 30 km/saatdan çox aşılması - Prokurorluq qərar verir.
MİSAL: şəhərdə 67 km saat sürətlə radara düşərkən: 53 € + (1 x 11 €) = 64 €
Yaşayış məntəqəsindən kənarda:
Sürət rejiminin 1-10 km/saat aşılması - 53 avro,
Sürət rejiminin 11-30 km/saat aşılması - 53 avro + hər əlavə km üçün 6 avro.
Sürət rejiminin 30 km/saatdan çox aşılması - Prokurorluq qərar verir.
Biz hər 2 ölkədəki minimal qiymətləri göstərdik. Məncə kifayətdir.
Vüqar Yaşaroğlu
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












