Fransada sürücülük vəsiqəsinin ŞOK QİYMƏTİ və vəsiqəsiz sürməyin cəzası...

Yazarlar 21 Noyabr 2021 14:05 Oxunub 1224
Fransada sürücülük vəsiqəsinin ŞOK QİYMƏTİ və vəsiqəsiz sürməyin cəzası...
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtosfer.az saytında sürücülük vəsiqələrinin verilməsi ilə bağlı süjet diqqətimi cəlb etdi. Süjetdə Qazaxıstanda bu məsələnin necə həll edildiyi əksini tapırdı. Mən də Fransa nümunəsində vəsiqə verilməsi sisteminin necə olduğunu diqqətinizə çatdırmaq istəyirəm.

Fransada sürücülük vəsiqələrinin verilməsinin bizimlə oxşar və fərqli cəhətləri çoxdur. Oxşar cəhətlər bundan ibarətdir ki, hazırlıq sürücülük məktəbində keçir, imtahanı isə polis qəbul edir. Bizdə də, orada da əvvəl nəzəriyyə, sonra isə praktika tədris edilir. Lakin fərqlər də var.

İlk olaraq, sürücülük hazırlığı üçün təhsil haqqının orta qiyməti təxminən 1300 avrodur. Böyük şəhərlərdə qiymət 1500 avroyadək qalxa bilir. Bura nəzəri hazırlıq və 20 saat təlimatçı ilə birgə sürüş daxildir. Müdavim sutkanın müxtəlif saatlarında və fərqli yollarda nəqliyyat vasitəsini idarə etməlidir.

Lakin bu müddət çox vaxt kifayət etmir. Orta hesabla vərdiş yaranması üçün 30 saat lazımdır. Hər əlavə sürüş saatının qiyməti 35-50 avro arası dəyişir. 

Yeni qanunla imtahana 2 ay əvvəldən yazılmaq lazım gəlir. Bu müddət ərzində namizəd tibbi arayış da əldə etməlidir. Bu sənədin qiyməti 36 avro olsa da, bura müayinə xərcləri daxil deyil. Sürücülük vəsiqəsi üçün hərtərəfli müayinə tibbi sığorta paketinə daxil olmayıb, təxminən 200 avroya başa gəlir. Xəstəliklər cədvəli kifayət qədər böyükdür və 1 nəfərin yoxlanması təxminən 2-3 gün çəkir. Ciddi psixoloji və kardioloji və diabet problemləri olan şəxslərin bu müayinədən keçib arayış alması müşküldür. Narkotik və alkoqol asılılığı olan şəxslərin isə müayinəyə gəlməsi konkret olaraq vaxt və pul itkisidir.

Nəhayət gəldik imtahana. İmtahanda iştirak üçün 200 dollar ödəyən namizəd həm nəzəri, həm də praktik imtahan verməlidir. İddiaçıların 60%-i birinci imtahandan keçir. Vəsiqə almaq istəyənlərin 60%-ə qədəri qadındır.
Beləcə, Fransada vəsiqə almaq üçün 1800-2000 avro lazım gəlir. Nəzərə alaq ki, bu ölkədə Emmanuel Makron hakimiyyətə gələnədək ali təhsil pulsuz idi (dini təhsil xaric). Tələbə qəbul olduğu ildə 200 avro qeydiyyat xərci ödəyirdi, vəssalam.

İşin digər tərəfi də var. Fransa Yol təhlükıəsizliyini müşahidə qrupunun məlumatına görə 2017-ci ildə 618 min nəfər NV-ni vəsiqəsiz idarə edirdi. Son 5 ildə bu say 30% artıb. Halbuki, bu qayda pozuntusuna görə 15 000 avro cərimə nəzərdə tutulur.

Fransada sürücülük vəsiqəsi ilk dəfə 1  il müddətinə verilir və 5 illik vəsiqədən fərqli olaraq 10 deyil, 6 ballıq olur. İl ərzində xəta törətməyən sürücünün vəsiqəsi avtomatiç olaraq daha 1 il müddətinə yenilənir və bu zaman ona 12 bal verilir. bir dəfəyə 6 ballıq xəta törədən sürücü isə stajından asılı olmadan sıfırdan kursa gedib yeni vəsiqə almalıdır.

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh