Qubada Firudun Rəcəbov küçəsinin bərbad yolları - VİDEO
Son 4 ildə Quba rayonunda 250 km uzunluğunda yeni yol çəkilib. Nəticədə 100-mindən artıq sakininin yol problemi həllini tapıb. Bu, təkcə şimal bölgəsində deyil, bəlkədə ölkənin rayonları arasında ən yüksək göstəricidir. Görülən işlərin nəticəsidir ki, Qubada 100-ə yaxın kənd, eləcədə şəhərin illərdir asvalt üzünə həsrət qalan küçə və massivlərinə müasir yol çəkilib. Bütün bu işlərin görülməsində isə sözsüz ki rayon icra başçısı Ziyəddin Əliyevin xüsusi təşəbbüsü var. Axı icra başçısı peşəkar yol mühəndisidi eləcədə bu sahədə xüsusi təcrübə və imkanlara malikdi.
Bir sözlə Qubada asvaltla bağlı hər hansı çatışmazlıqdan söhbət gedə bilməz. Elə şəhərin Hikmət Hüseynov küçəsində yəni durduğumuz bu ərazidə ağacların belə dibinin asvaltlanması dediklərimizin əyani sübutudur.
Necə deyərlər varlığa nə darlıq. Nə deyirik təki həmişə varlıq olsun. Amma heyf ki, bu varlıq içində yoxluq çəkənlər də var. Həm də Quba şəhərinin düz mərkəzində.
Bura Quba şəhərinin Firudun Rəcəbov küçəsidi. Hansı ki, məndən sol tərəfdə Quba bazarı, sağ tərəfdə isə iri ticarət mərkəzləri yerləşir. Bazar demək isə insanların ən çox üz tutduğu məkan deməkdi. Buna baxmayaraq illərdir küçənin yolları açınacaqlı vəziyyətdədir.
Elə bir Quba sakini eləcə də rayona üz tutan yerli və xarici turist olmaz ki, yolunu bu küçədən salmasın. Təəssüf ki, bura üz tutan hər kəs yayda toz duman qışda isə palçıqlı küçədə hərəkət etmək məcburiyyətini yaşayır.
Yol probleminin yaratdığı fəsadlardan ən çox əziyyət çəkən isə əzazidə ticarətlə məşğul olan şəxslərdir. Çünki onların qazancı bərbad yolları ilə diqqəti çəkən bu küçədən çıxır.
Maraqlısı odur ki, qeyd olunan ərazinin həm yuxarı və aşağı həm də ətrafında olan bütün küçələrə bir müddət öncə yeni asvalt yol çəkilib. Vur-tut cəmi beş-altıyüz mert uzunluğu olan Firudun Rəcəbov küçəsi isə nədənsə nəzərdən qaçıb. Düzü bu inandırıcı görünməsə belə hər halda səbəbini öyrənməyə çalışdıq. Elə buna görə də Quba şəhər icra nümayəndəliyinə müraciət etdik. İcra nümayəndəsi Elvin Hüseynov bildirdiki, ötən il Quba şəhərində ümümilikdə 20 km uzunluğunda küçə asvalt olunub. Bu proses mərhələli şəkildə davam etdirilir və Firudun Rəcəbov küçəsi də tezliklə asvalt olunacaq.
Deyirlər zaman ən böyük hakimdir. Odur ki, verilən vədə necə əməl olunacağını zaman göstərəcək.
Avtosfer.az Real tv-yə istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: