Gecələr ölümə aparan yollarımız - niyə işıqlandırılmır?

Küçə və yollarımızda gecə vaxtı süni işıqlandırmanın olmamsının yol hərəkəti üçün çox ciddi təhlükə olduğu barədə çox danışmışıq. Amma hələ ki, bu işlə əsaslı məşğul olunduğu görünmür.
1980-ci illərdə ucqar dağ kəndlərinin küçələrinə də işıqlandırma dirəkləri qoyulmuşdu və kəndin asfaltsız ara yolları işıqlandırılırdı (o dirəklərdən bəziləri indi də salamatdır, amma işıqsız qalıb). Rəsmi məlumatlara görə, hazırda ölkəmizdə elektrik enerjisi tələbatdan da artıqdır, hətta ixrac olunur. Belə olan halda hətta paytaxtın küçə və yollarının işıqlandırılmamsı ciddi narahatçılıq doğurur.
Xatırladıram ki, qüvvədə olan qanunvericilikdə yaşayış məntəqəsi ərazisində bütün yolların stasionar işıqlandırılması, habelə yaşayış məntəqəsindən kənar yerlərdə də mövcud elektrik paylayıcı şəbəkəsindən istifadə etmək mümkün olduqda böyük körpülər, avtobus dayanacaqları, I və II dərəcəli yolların bir-biri ilə və dəmir yolu ilə kəsişdiyi sahələr, bunlara yanaşmalar ən azı 250 metr məsafədə işıqlandırılmalıdır.
Hətta bu tələb bü gün üçün köhnəlmiş sayılmalıdır. Məlumdur ki, yaşayış məntəqələrindən kənar respublika əhəmiyyətli yollarımızın demək olar ki, hamısında gecə vaxtları da intensiz hərəkət olur. Belə şəraitdə həmin yolların hər yerində daimi stasionar işıqlandırma təhlükəsizlik üçün çox vacibdir.
Ərşad Hüseynov
Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert, hüquqşünas
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










