Gedişhaqqı arıtırıldı: Bəs keyfiyyət və avtobus sayı?

Xəbər verdiyimiz kimi, ötən həftə Tarif Şurasının qərarı ilə ictimai nəqliyyatda gediş haqqı 33% artırılıb. Sərnişinlər qiymət artımı ilə yanaşı xidmət keyfiyyətinin, eyni zamanda avtobusların sayının artırılacağını da gözləyirlər.
Nəqliyyat eksperti Elməddin Muradlının Bakıvaxtı.az-a dediyinə görə, elə bir artım baş verib ki, bununla bağlı bütün problemlərin həll olacağını demək çətindir:
“Bu artımla yalnız daşıyıcı şirkətlər özlərini ayaqda saxlaya, borclarının bir qismini ödəyə bilərlər. Hazırda “BakuBus” da daxil olmaqla, Bakıdakı daşıyıcı şirkətlərin böyük əksəriyyəti borc içindədir. “BakuBus”un SOCAR-a milyonlarla manat borcu var, yanacaq alıb və borcu ödəyə bilməyib. Borcların qapadılması üçün sözügedən artım bir az təkan ola bilər”.
E.Muradlı bildirib ki, bütün problemlərin 100% həll olunacağını demək çətindir, lakin bu, müəyyən məsələlərə təkan verəcək:
“Hazırda qarajlarda yatan avtobuslar var ki, şirkətlər onları istismara buraxmaq fikrinə düşə bilərlər. Yəni, təmir xərclərini qarşılayıb avtobusları istismara buraxmaq olar. Bu gün daşıyıcı şirkətlərin qarajlarında yatan bütün avtobusları hesablasaq, sayı 500-ü keçər. Bu avtobuslar xəttə çıxsa, interval qismən də olsa qaydasına düşər. Lakin dediyim kimi, bu artım fantastik bir dəyişikliyə gətirib çıxarmayacaq”.
Müsahibimiz hesab edir ki, qiymət artımı vəziyyətdən yüzdə yüz çıxış yolu deyil. Ekspert dövlət tərəfindən şirkətlərə dotasiya verilməsinə ehtiyac duyur.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












