Görünməyən nişanlar, silinmiş xətlərə görə cərimə olunanlar var - Kimdir günahkar?
Yazarlar
7 Dekabr 2021 14:10

Görünməyən nişanlanma xətləri, silinmiş, ağacların arxasında gizlənmiş yol nişanları var ki, buna görə sürücülər əziyyət çəkir. Bunu Trend-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib. Ekspert belə hallara görə, sürücülərin məsuliyyətə cəlb edilməməli olduğunu bildirib. "Nişanlar və nişanlanma xətləri sürücülər üçün tam aydın şəkildə görünən olmalıdır. Onların quraşdırılması və ya asfalt üzərinə çəkilməsi şəffaf şəkildə təmin edilməlidir. Sürücü həmin nişanları azı 50-100 metr məsafədən rahat şəkildə görməlidir. Burada hər hansısa bir qüsur varsa, bu həmin işi görən qurumun məsuliyyətsizliyini göstərir. Ola bilsin ki, görülən işə sonradan nəzarət edilmədiyi üçün belə problemlər ortaya çıxır. Bunun baş verməməsi üçün istər Dövlət Yol Polisinin, istər Bakı Nəqliyyat Agentliyinin, istərsə də Avtomobil Yolları Dövlət Agentliyinın əməkdaşları mütəmadi olaraq yollara nəzarət etməlidir", - deyə E.Muradlı əlavə edib.
Ekspert nişanların görünməməsi hallarına görə, qəzaların da baş verdiyini deyib. "Məsələn, Bakıda Hənifə Ələsgərov küçəsi ilə kəsişmədə tez-tez qəza baş verirdi. Bu məsələ işıqlanandan sonra ağaclar budandı. Burada ən böyük məsuliyyətsizlik həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Yaşıllaşdırma İdarəsinin üzərinə düşür. Bu baxımdan sürücülərin burada məsuliyyətə cəlb edilməsindən söhbət gedə bilməz. Buna görə yola nəzarət edən qurumları cərimələmək lazımdır", - deyə ekspert qeyd edib.
Oxunub : 2084
DİGƏR XƏBƏRLƏR
12 Noyabr 2026 16:23
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
11 Noyabr 2026 15:53
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
4 Noyabr 2026 17:16
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
28 Oktyabr 2026 15:48
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
26 Oktyabr 2026 15:18
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
26 Oktyabr 2026 12:18
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
19 Oktyabr 2026 16:24
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
13 Oktyabr 2026 16:48
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
30 Sentyabr 2026 17:09
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
23 Sentyabr 2026 21:55
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
4 Avqust 2026 17:09
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
29 İyul 2026 15:18
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
ŞƏRH YAZ













