Reklam

Hər avtoqəzada insan ölümü - Bunun qarşısı necə alınmalıdır? - DYP rəsmisi və ekspertdən CAVAB

Yazarlar 16 Avqust 2023 13:49 Oxunub 930
Hər avtoqəzada insan ölümü - Bunun qarşısı necə alınmalıdır? - DYP rəsmisi və ekspertdən CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin yol-nəqliyyat hadisələri ilə bağlı yayımladığı statistikalara diqqət etdikdə görərik ki, əksər qəzalar insan ölümü ilə nəticələnir.

Gün ərzində ən azından 2-3 nəfərin yol qəzaları səbəbindən dünyasını dəyişməsi böyük faciədir desək, yanılmalırıq.

Bunun səbəbi nədir? Hərəkət iştirakçıları hansı səhvlərə yol verir? Yol qəzalarının, xüsusilə insan ölümü ilə nəticələnən qəzaların sayını azaltmaq üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı 1news.az-a danışan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Araz Əsgərli bildirib ki, yol-nəqliyyat hadisələrinin bir çox səbəbləri var.

Araz Əsgərli

“Piyadaların iştirakı ilə olan qəzalarda piyada, sürücü diqqətsizliyi öz yerində, hadisələrin əsas səbəbi yol hərəkəti qaydalarının pozulmasıdır. Sürət həddini düzgün seçməmək, ötmə, manevr qaydaları, qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxmaq və ümumimilikdə yol hərəkəti qaydalarının pozulması ilə nümayiş etdirilmiş məsuliyyətsizlikdir. Kimsə düşünürsə ki, hansısa yol hərəkəti qaydasını pozmağın ən pis halda inzibati məsuliyyəti var, yanlış yanaşmadır. Ümumilikdə ətraf mühitə, özünə, şəxsinə qarşı, həyat və sağlamlıq baxımından düzgün təfəkkürdə olmamağın nəticəsidir. İnzibati məsuliyyətlə bitən hissə işin ən bəlasız ötüşən hissəsidir. Amma hər zaman qayda pozuntusu, məsuliyyətsizlik inzibati məsuliyyətlə nəticələnmir, kiminsə həyatının sonlanması, ağır xəsarət alması və s. faciəvi nəticələrə gətirib çıxarır. İnsanlar bu qayda pozuntularına müxtəlif müxtəlif bəhanələrlə haqq qazandırmağa çalışırlar. Amma heç bir ağır nəticəni dəyişmir. Hadisələrin baş verməsinin yüzlərlə səbəbi var, bunun ən başında məsuliyyətsizlik, özünə, ətrafındakılara olan etinasız münasibətdir. Hamı yol hərəkəti qaydalarına təhlükəsizlik mədəniyyəti kimi yanaşsa və baş vermiş hadisələrdə məsuliyyətsizlik payını anlasa, hadisələrin qarşısı alınar”.

“Biz bu hadisələrin qarşıını almaq üçün əlimizdən gələni edirik” – deyə, A.Əsgərli əlavə edib:

“Təbliğat işləri aparırıq, bağçalardan məktəblərə, universitetlərə qədər, cəmiyyətin bütün təbəqələrini məlumatlandırırıq, qaydaları izah edirik, təhlükəsizlik tədbirlərinin mahiyyətini izah edirik. Amma belə hadisələrin baş verməməsi üçün insan özü həyatl ilə bağlı şüurlu bir seçim etməlidir. Baş verən yol-nəqliyyat hadisələri onu göstərir ki, seçimlər məsuliyyətin yox, məsuliyyətsizliyin yaratdığı fəsadlardır”.

Nəqliyyat məsələri üzrə ekspert Elməddin Muradlı deyib ki, nəzarət tədbirləri gücləndirilməlidir.

Elməddin Muradlı

“İstisnasız hamı qanun qarşısında bərabər tutulmalıdır, məsuliyyət yaratmalıdır. Məsuliyyətizlik edən cəzasız qalmamalıdır. Elə bir dövrdür ki, məsuliyyətdən yayınmaq üçün müəyyən imkanlar da var və yaxud da yayınmaq “hüququ” qazanmış insanlar var ki, özlərin elə aparırlar, sanki bunlar toxunulmazdır. Daha açıq desək, bunlar şou-biznes əhlidir, müğənnilər, artistlər, sosial şəbəkələrdə məşhurlaşan adamlardır. Belə adamların əksəriyyəti cəmiyyətə pis örnək olurlar, avtomobil idarə edərkən təhlükəsizlik kəməri taxmırlar, qəza şəraiti yaradırlar, sükan arxasında sosial şəbəkədə canlı yayım açırlar və s. qaydaları kobud şəkildə pozurlar.

Ekspert əlavə edib ki, istirahət vaxtlarında rayonlara şəxsi maşınla gedənlər də qayda pozuntularına yol verirlər.

“Sərhədlər bağlı olduğu üçün insanlar ölkə daxilində istirahətə üstünlük verirlər. Bu da magistral yollarda sıxlığa səbəb olur. İstirahətə gedən adam sürət həddini aşır ki, mənzil başına tez çatsın. Adam istirahət etməyə gedir, rahat gedib istirahət etməkdənsə qaydaları pozalaraq tələsir. Bu da ağır qəzalara səbəb olur. Orta hesabla gündəlik 2-3 nəfər yol-nəqliyyat hadisəsinin qurbanı olur. Belə halların qarşısını almaq üçün ciddi addımlar atılmalıdır, hərəkət iştirakçıları diqqətli, məsuliyyətli olmalıdır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh