"Həyatımızda baş verən yeniliklərdə, hadisələrdə medianın rolu bir daha vurğulanır" - Qulu Məhərrəmli

"Bu gün Bakıda keçirilən "İctimai proseslər media müstəvisində" adlı ikinci forumun xüsusi əhəmiyyəti var. Tədbir Azərbaycan mediasının 150 illiyi kontekstində təşkil olunur. Forum və ortaya qoyulan mövzu müasir cəmiyyətdə Azərbaycan mediasının artan rolunu, ictimai şüura təsirini, dövlətçilik ideyalarının yayılmasında medianın rolunu ayrıca vurğulayır".
Avtosfer.az xəbər verir ki, bu sözləri "demokrat.az"a açıqlamasında əməkdar jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli deyib.
O bildirib ki, hər birimizin medianın yaranmasının 150 ilini qeyd etməyə hazırlaşırıq:
"Bu ərəfədə belə bir tədbirin keçirilməsi cəmiyyətin hər bir üzvünə medianın artan rolunu göstərməkdədir. Bu gün həyatımızda baş verən yeniliklərdə, hadisələrdə medianın rolu bir daha vurğulanır. Hazırda heç kim mediadan kənarda qalmır. Sosial şəbəkələrdə belə medianın aparıcı rolu aydın şəkildə görünür. Nə qədər böyük gücə malik olsa da, sosial şəbəkələr də sözün həqiqi mənasında peşəkar medianı bu və ya başqa formada təkrarlayır. Sosial şəbəkələrin məlumat platforması kimi ayrıca rolu olsa da, bizim kimi demokratik sərhədlərdə olan cəmiyyətlərdə medianın artan rolu görünür. Bu kimi tədbirlərin keçirilməsinin Azərbaycan cəmiyyətində ən başlıca rolu medianın artan rolunu ifadə etməsidir".
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










