Heyvan sürüləri yollarda təhlükə yaratmaqda davam edir – Kimdir günahkar?
Yazarlar
29 İyun 2021 16:00

Bəzi yollarda heyvan sürülərinin təyin olunmamış yerdən keçirilməsi narahatlığa, hətta yol-nəqliyyat qəzalarına səbəb olur. Maraqlıdır, bu zaman kim məsuliyyət daşıyır? Sürü sahibi, yoxsa sürücü? Nəqliyyat eksperti Elməddin Muradlı sfera.az-a danışarkən bildirib ki, mal-qara sürülərinin təyin olunmayan yerdən keçirilməsi həqiqətən də ciddi problemə çevrilir: "Xüsusən də yay mövsümündə, eləcə də yaz və payız mövsümündə bu daha qabarıq hiss olunur. Yaylaqlara, qışlaqlara köçürülən mal-qaranın belə formada daşınması yol hərəkəti iştirakçıları üçün böyük təhlükədir. Bir çox rayonlarda artıq mal-qara, xüsusən də qoyun sürüsünün avtomobillər tərəfindən vurulması, xeyli heyvanın tələf olması barədə məlumatlar olur. Aydındır ki, fermerlərə ziyan dəyir. Amma digər tərəfdən bunun avtomobil sürücülərinə də ziyanı olur. Sürücünün burada nə qədər təqsirli olub-olmaması artıq başqa problemdir. Adətən heyvanı da, piyadanı da vuranda sürücü günahkar çıxır.
Yol hərəkəti təhlükəsizliyi baxımından bu dövrləri geridə qoymalıyıq. Sürünün maşınla daşınması daha təhlükəsizdir. Ətrafımda təsərrüfatla məşğul olan kifayət qədər insan ildə bir-iki dəfə əziyyət çəkib, iri tutumlu maşın tutaraq mal-qarasını yaylağa, qışlağa daşıtdırır. Getdiyin yerdə mal-qaranın itməsi, oğurlanması, maşınla vurulması problemdir. Elə bu xərcləri qarşılayıb hesablayanda baxırsan ki, maşınla daşımaq daha əlverişlidir. Bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi sahibkarlar, fermerlər arasında ciddi təbliğat aparmalıdır”.
Müsahibimiz qeyd edib ki, əvvəllər yollarda maşın heyvanı vuranda onun sahibi sürücüdən mal-qaranın pulunu alırdı: "On ilə yaxındır təbliğat aparırıq ki, bu belə deyil. Mal-qaranı təyin olunmamış yerdən keçirdiyinə, sürünü nəzarətsiz yola buraxdığına görə sahibkar məsuliyyət daşıyır. Yol polisi də bu istiqamətdə addımlar atmağa, həmin mal-qara sahiblərini cəzalandırmağa başladı, bundan sonra məlum oldu ki, mal-qara nəzarətsiz buraxılır və heç bir təhlükəsizlik tədbiri görülmür. Sürücüyə dəymiş zərəri də fermer ödəməlidir. Bəzən görürsünüz ki, kənd yerlərində heyvanı maşın vurur, dəymiş ziyanı ödəməmək üçün fermer ortaya çıxmır, gizlənir.
Hər bir halda, mal-qara keçirilən yerlər xüsusi nişanlarla nişanlanmalı, onlar üçün xüsusi yerlər ayrılmalıdır. Amma yolun ortasında sürü halında mal-qara aparmaq dövrü geridə qalıb. Fikrimcə, bunun alternativi tapılmalıdır. Bu gün hər cür yük maşını var, bir az xərc çəkmək lazımdır. 3 qoyunun pulunu ver, amma sağ-salamat apar”.
Oxunub : 4416
DİGƏR XƏBƏRLƏR
22 İyun 2026 14:36
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
19 İyun 2026 09:48
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
11 İyun 2026 15:00
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
9 İyun 2026 10:48
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
5 İyun 2026 14:11
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
4 İyun 2026 21:00
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
15 May 2026 17:26
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
28 Aprel 2026 16:11
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
22 Mart 2026 22:28
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
21 Mart 2026 21:13
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
12 Mart 2026 17:11
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
11 Mart 2026 17:41
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
ŞƏRH YAZ










