İki nəfərin öldüyü qəza ilə bağlı "Azpetrol"u hansı cəza gözləyir? - Hüquqşünasdan AÇIQLAMA

Bu gün Bakı dairəvi yolunda iki nəfərin ölümü ilə nəticələnən qəzanı hüquqşünas Ərşad Hüseynov öz facebook hesabında şərh edib. Həmin məlumatı olduğu kimi təqdim edirik:
"Azpetrol"a məxsus olduğu deyilən yanacaq daşıyan avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Məlumatda deyilir ki, yük çəni yanacaqla dolu olan avtomobili idarə edən sürücü sərxoş olub, bu azmış kimi sükan arxasında mürgüləyib. Ölkənin ən yüklü yollarından biri olan Bakı Dairəvi yolunda avomobil ayırıcı zolağı keçərək qarşıdan gələn iki avtomobillə toqquşaraq yoldan kənara aşıb (yaxşı ki, yoldan kənara aşıb, yoxsa yanacaqla dolu avtomobilin belə yüksək sürət olan yolda aşması, yanacağın dağılması, gələn avtomobillərdən birinin ona çırpılması ani yanğına və miqyası təsəvvür edilməyən faciəyə gətirib çıxarardı). Nəticədə 2 nəfər dünyasını dəyişib. Yük avtomobilinin hələ tam ayılmamış sürücüsü polisə müsahibə də verib...
Bu fakt ölkəmizdə yol hərəkəti təhlükəsizliyinə (YHT) yanaşmanı bariz şəkildə ortaya qoyur. YHT-yə normal yanaşma olan ölkələrdə nəinki "Azpetrol" kimi nəhənglər, hətta xırda şirkətlərin də ayrıca YHT idarəetmə planı olur. Şirkətlər özlərinin nəqliyyat-logistika ehtiyaclarını ödəyərkən belə planlar vasitəsilə təhlükəsizliyi, əməkdaşlarının salamatlığını təmin edirlər, həm də cəmiyyət üçün YHT-nə töhfə verirlər. Amma bizimkilər hələ də "əəə, sür getsin, bir şey olsa, qorxma, bizlikdir" prinsipi ilə çalışır. Və bu prinsip işləyir.
Mövcud qanunvericiliyə görə belə avtomobillər yollara onların reysinin marşrutu və vaxtı da dəqiq göstərilməklə xüsusi razılıq (icazə) əsasında çıxmalıdır. Onların sürücüləri hər reysdən bilavasitə əvvəl tibbi müayinədən , avtomobil isə texniki yoxlamadan keçməlidir və sair, və ilaxır...
Nə isə... Belə biabırçılıqlara son qoyulması, bunu edənlərin, onlara göz yumanların dəyişməsi ümidi ilə...
Hüquqşünas Ərşad Hüseynov
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq










