İnsanlar ictimai nəqliyyatdan istifadə etsələr tıxacın qarşısı alınmış olar - EKSPERT

"1 sual, 1 cavab" rubrikasının növbəti qonağı Nəqliyyat Eksperti Elməddin Muradlıdır. Ekspert Azərbaycandakı tıxaclarla bağlı danışıb.
-Azərbaycanda tıxacın azalması üçün hansı alternativləri təklif edirsiniz ?
-“Yol infranstrukturları inkişaf etdirilməlidir”,-deyə bir anlayış yoxdur. Tıxacların qarşısının alınmasında əsaslı addım ictimai nəqliyyat vasitələrini inkişaf etdirməkdir, eyni zamanda bəzi yollarda edilən səhvləri aradan qaldırmaqla, yolların təmir olunması ilə bu problemi aradan qaldırmaq olar. Bu mövzuda geniş müzakirələr aparılsa da, fikirlər söylənilsə də bunlar yetərli deyil. Bu istiqamətlərdə müəyyən güzəştə, ciddi addımların atılmasına ehtiyac var, lakin ciddi- cəhdlə addımlar atılmır. İnsanlar şəxsi avtomobilləri yerinə daha çox ictimai nəqliyyatdan-avtobuslar, metrolardan istifadə etsələr tıxacın qarşısı alınmış olar. Yeni ictimai nəqliyyat vasitələrinin yaranmasına hazırda ehtiyac var, bu addımlar atıldıqda biz artıq inkşafı görəcəyik. Prezident İlham Əliyev tərəfindən nəqliyyatın vahid mərkəzdən idarə olunması üçün “Nəqliyyatın əlaqələndirmə şurası” yaradılıb. Yaxın zamanlarda şura fəaliyyətə başlayacaq və geniş islahatlar aparılacaq. 24media qeyd edir ki, Bakıda ilk dəfə 7-ci Formula 1 Azərbaycan Qran Prisi 2023-cü il 28-30 aprel tarixlərinə təsadüf edəcək, təşkil olunacaq "Formula-1” üzrə Avropa Qran-prisinin yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədi ilə paytaxtın bir sıra mərkəzi yollarında avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunub və nəticə etibari ilə yollarda tıxaclar daha da artıb. Xatırladaq ki, bu küçələrdə nəqliyyatın hərəkəti mayın 2-si, səhər saat 08:00-da tam olaraq bərpa olunacaq.
24media.az
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












