İsti yay günlərində avtomobilləri necə qorumalı? - EKSPERT DİQQƏTLİ OLMAĞA ÇAĞIRDI

"İsti yay günlərində avtomobilləri qorumaq üsulları müxtəlifdir". Bunu sia.-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib. Ekspertin sözlərinə görə, istər köhnə avtomobilləri, istərsə də müasir avtomobilləri qorumaq üsulları fərqlidir:
"Müasir avtomobillərin qorunması ciddi problemlərlə müşahidə edilmir. Sadəcə ən son avtomobillər alınır və sonradan görürük ki, bəzi həvəskarlar onu tüninq etdirirlər. Tüninq etdirilən zaman təbii ki, elektrik sisteminə və digər hissələrə müdaxilələr edilir. Qızmar günəş şüaları altında avtomobillərdə qısa qapanma, yanğın hallarının baş verməsi qaçılmazdır. Ola bilər peşəkar tüninq şirkəti işin keyfiyyətli görür. Bu halda yanğın halı baş verə bilməz. Lakin, bütün ehtimallarda sürücülərin diqqətli olması vacibdir.
Ancaq ikinci əl avtomobillərində qızmar yay günlərində daha çox problem hiss olunur. Bu isə yanğınlara səbəb olur. Xüsusən kondisonersiz avtomobillərdə sürücülərin diskonfort olması müəyyən qayda pozuntularına və ya yol nəqliyyat hadisələrinin baş verməsinə gətirib çıxarır. Ona görə də bütün beynəlxalq səviyyədə sürücülərə müraciət olunur ki, kondisonersiz avtomobil sürücüləri günün qaynar saatlarında mümkün qədər nəqliyyat vasitəsindən istifadə etməsinlər. Bu həm nəqliyyat vasitəsi üçün, həm də sürücü üçün təhlükə törədə bilər. Bu baxımdan sürücülər öz sağlamlıqlarını düşünməlidirlər. Eyni zamanda nəqliyyat vasitələrini saz vəziyyətdə olmasını təmin etməlidirlər ki, qızmar günəş şüaları altında problemlər yaşanmasın. Təbii ki, rəng məsələsi öz sözünü deyir. Qızmar günəşdə avtomobili saxlayan zaman yavaş-yavaş rəng effektivliyini itirir. Bu bir neçə dəfə rənglənmiş maşınlara və ikinci əl avtomobillərə aiddir. Lakin, bu problem yeni maşınlarda da özünü göstərir. Şüşələrdən içəri daxil olan günəş şüaları avtomobillərin çatlamasına, cızılmasına və sükana təsir edir. Bu isə sükanın keyfiyyətinin itməsinə səbəb olur. Bu kimi təsirlərdən qorunmaq üçün günəşlik adlanan qoruyucu lövhələrdən istifadə etmək lazımdır. Sürücülərə tövsiyyə olunur ki, mümkün qədər kölgədə avtomobillərini saxlasınlar".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












