Kameraları aldatmaq istəyən sürücüləri nə gözləyir? – AÇIQLAMA

Bakıda sürücü qanunsuz parklanmaya qarşı quraşdırılan intelektual nəzarət sisteminin kameralarını aldatmaq istəyib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə 28 May küçəsində qeydə alınıb. "BMW" markalı avtomobilin sürücüsü maşını yolun hərəkət hissəsində saxlayıb. O, avtomobilin dövlət nömrə nişanını örtüklə bağlayaraq, qanunsuz parklanmaya qarşı quraşdırılan kameralardan yayınmaq istəyib.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, həmin sürücü kobud şəkildə qanunun tələbini pozub:
"Avtomobilin dövlət nömrə nişanınin müxtəlif vasitələrdən istifadə etməklə gizlədilməsi "Yol hərəkəti haqqında" qanunun tələbinin kobud şəkildə pozulmasıdır. Mövcud qanunvericiliyə əsasən bu cür sürücülərə qarşı inzibati tədbirin görülməsi Dövlət Yol Polisinin səlahiyyətlərinə aid məsələdir".
M.Ağayev qeyd edib ki, hazırda BNA və Dövlət Yol Polisi bu məsələdə koordinasiyalı iş aparır: "Belə hal aşkarlandığı təqdirdə Dövlət Yol Polisinə məlumat verilir ki, həmin sürücü barəsində zəruri inzibati tədbir görülsün. Sürücülərə parklanma zamanı daha diqqətli olmağı, nəqliyyat vasitələrini qeyri-qanuni yerlərdə park etməmələrini, digər hərəkət iştirakçılarına qarşı anlayışlı və son dərəcə diqqətli olmağı tövsiyə edirik".
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










