Kameralarla cərimələr yol polisinə keçdi – Evakuasiya xidməti də bərpa olunacaq

Xəbər verdiyimiz kimi fevralın 7-də Prezident İlham Əliyev Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, Bakı Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib. Fərmandan sonra bəzi detallar ortaya çıxıb. Belə ki, bəziləri BNA-nın ya ləğv olunacağını ya da əksər səlahiyyətin əlindən alınacağını iddia edir.
Məsələni ABC.AZ-a şərh edən ekspert Elməddin Muradlı hesab edir ki, Fərmanla əsasən taksi xidməti və avtobusların qaydaya salınması yenidən gündəmə gətirilir.
Onun sözlərinə görə, Fərmanda əsas etibarı ilə sərnişin nəqliyyatının bərpası, təkmilləşdirilməsi məsələləri öz əksini tapıb. Dayanma-durma ilə bağlı səlahiyyətlərin BNA-dan alınacağını düşünən E.Muradlı buna səbəb kimi Nəqliyyatın İntellektual İdarə Etmə Mərkəzinin (NİİM) Daxili İşlər Nazirliyinə yəni DYP-yə verilməsində görür. "Bu o deməkdir ki, bundan sonra qanuna da dəyişiklik edilsə yol polisi həm yerdə, həm də kameralar vasitəsi ilə dayanma-durmalara görə cərimələr yazacaq.
Yəqin ki, evakuasiya prosesi də bərpa olunacaq, yəni bu məsələ elə birbaşa yol polisinin üzərində qalacaq.
BNA-nın tabeliyində qalır yalnız taksi xidmətinin bərpası və eyni zamanda təkmilləşdirilməsi, keyfiyyətli xidmətinin təşkili və sairə məsələlər, eyni zamanda ictimai nəqliyyatın gücləndirilməsi, Bakı Kart sistemi. Həmçinin hərəkətin təşkili məsələsi, parklanma yerlərinin təşkili də çox güman ki, BNA-da qalacaq, çünki hərəkətin təşkili deyəndə elə parklanma nəzərdə tutulur. İndi bu Fərmandan sonra Bakı Nəqliyyat Agentliyində hər hansı islahatlar gedəcək ya getməyəcək bunu Bakı Şəhər İcra Hakimiyyəti rəhbərliyi bilər. Onlar bilər kimlə işləmək istəyirlər, kimlə işləmək istəmirlər.
Sadəcə olaraq ümumi məsələ bundan ibarətdir ki, burada təkmilləşdirmə olmalıdır".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












