Kartla taksi ödənişi edən müştəridən ƏDV-nin tutulmasına banklar, yoxsa şirkətlər səbəb olur? - İZAH

Sosial şəbəkələrdə bir sıra vətəndaşlar taksi xidmətlərinin plastik kart ödənişi ilə bağlı şikayətlər səsləndirirlər. Belə ki, qeyd edilənlərə görə, xarici dövlətlərdə qeydiyyatdan keçən taksi ("Bolt, "Uber”, "Taxify”, "Maaxim” və s.) şirkətlərinin xidmətindən istifadə edən müştəri plastik kartla gediş haqqı ödəyirsə, ondan ƏDV tutulur.
Bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bu şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsinin tərəfdarı olmadığını deyib:
"Çünki Azərbaycanda yetəri qədər yerli şirkətlər var və onların geniş imkanlara malik olması üçün dövlət öz səylərini göstərməlidir. Qeyd edilən şirkətləri isə, ümumiyyətlə, ölkədən çıxarmaq lazımdır. Onların ən azı 2-3-nün arxasında erməni mənşəli adamlar dayanıb, yəni rəhbər vəzifələrdə ermənilər də təmsil olunur. Onlar Azərbaycana heç bir vergi ödəmirlər, pullar cibinə gedir. Əgər doğrudan da kartla ödəniş edən zaman ƏDV tutulursa, deməli, Azərbaycana vergi ödəmək əvəzinə, onlara çatan pulu ciblərinə qoyub vergini sərnişinlərin boynuna yükləyirlər”.
Müsahibimiz bununla bağlı sərnişinlərə də çağırış edib:
"Bu taksi xidmətlərindən istifadə etməsinlər. Öz yerli şirkətlərimizə müraciət etsinlər. Düşünürəm ki, aidiyyatı qurumlar artıq hərəkətə keçib yerli şirkətlərin inkişafı üçün çalışmalıdırlar. Belə olan halda, problem də aradan qalxmış olar. Bu şirkətləri birmənalı şəkildə ölkədən qovmaq lazımdır. Artıq qardaş Türkiyədə "Uber”i ölkədə çıxarıb, eyni zamanda bir çox ölkələr "Maxim”, "Taxify” kimi şirkətlərə işləməyə imkan vermirlər. Bunlar hamısı vergidən yayınan, pulları öz ciblərinə axıdan şirkətlərdir. Azərbaycan dövlətinə də heç bir xeyri yoxdur”.
Qeyd edək ki, Dövlət Vergi Xidmətinin məlumatına görə, plastik kartlar vasitəsilə nağdsız qaydada aparılan ödənişlər üzrə vətəndaşın hesabından 18 faiz ƏDV yalnız xaricdən elektron ticarət qaydasında iş və xidmət alınan zaman banklar tərəfindən tutulur.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












