Keçmiş rəis Bakıda pullu parkinq yaratdı – Qocayev BNA-nı saymır? - FOTO
Yazarlar 5 May 2021 15:06 Oxunub 13862
Keçmiş rəis Bakıda pullu parkinq yaratdı – Qocayev BNA-nı saymır? - FOTO

Bakıda daha bir qalmaqqallı parkinq yaradılıb. Bu barədə Avtosfer.az-a oxuculardan biri məlumat verib. Onun sözlərinə görə, Port Baku ilə üz-üzə - Neftçilər prospektindən Dənizkənarı Bulvar tərəfdə maşınların park edilməsi pulludur. Vətəndaş sual verir ki, əgər Bakı Nəqliyyat Agentliyi Bakıda yerüstü parklanma yerlərinin pulsuz olduğunu bəyan edirsə, o zaman bu parkinqdə niyə “Çinar Avtoparkinq” MMC adlı qurum tərəfindən pul alınır. İşin maraqlı tərəfi budur ki, həmin parkinqdə sürücülərdən əvvəllər 1 manat ödəniş alınırdısa, son vaxtlar benzinin qiymətinin artmasını əsas gətirərək 1 manat 50 qəpik tələb edirlər. Üstəlik, sürücülərə çek də təqdim olunur.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, xidmət üzərlərində "Çinar Avtoparkinq" MMC-nin vəsiqəsinin daşıyan şəxslər tərəfindən həyata keçirilir.

Onlardan biri azpolitika.info-ya bildirib ki, adıçəkilən MMC-nin işçisidir, ayda 400 manat əməkhaqqı alır: "Bakının bütün rayonlarında xidmət göstəririk, biz ərazi üzrə rəisə tabeyik, o da rəhbərliyə. Hər gün topladığımız pulu təhvil veririk. Səhər saat 8-dən, 18:30-a qədər fəaliyyətdəyik. Topladığımız puldan yemək pulu da çıxılır".

"Çinar Avtoparkinq" MMC-nin əməkdaşı daha sonra bildirib ki, konkret tarif yoxdur, kim nə versə götürürlər: "Əvvəllər saat hesabı xidmət haqqı istəyirdik, amma narazılıq yarandı. Müdriyyət tapşırıb ki, sürücülərlə konfliktə gedilməsin, kim nə versə, qəbul edin. Biz də 20 qəpikdən 1 manata qədər pul alırıq. Bəzən səxavətli adamlar daha artıq verirlər".

Maraqlıdır, Bakı Nəqliyyat Agentliyinin "bata bilmədiyi", 4 ildir, şəhərdə qanunsuz avtoparkinq xidməti göstərdiyi idia olunan "Çinar Avtoparkinq" MMC-nin sahibi kimdir?

Vergilər Nazirliyin informasiya bazasında apardığımız araşdırma zamanı MMC haqqında maraqlı məlumatlar əldə etdik. Belə ki, "Çinar Avtoparkinq" MMC-nin (VÖEN 1306356451) qanuni təmsilçisi Qocayev Nizamı Mehralı oğludur. Nizamnamə kapitalı cəmi 10 manat təşkil edir, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti ev 5, mənzil 0 göstərilir. MMC 17.10. 2019-cu ildə dövlət qeydiyyatına alınıb.

MMC-nin təsisçisi haqqında internet resurslarında aparığımız araşdırma zamanı əksər mənbələr onun Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin, rəisi olmuş Nizami Qocayev olduğunu göstərir.

O, 2000-ci ildə məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib, 2002-ci ildə isə Prezident tərəfindən əvf olunub və daxili işlər orqanlarına bərpa edilib. Bundan sonra İsmayılı rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 2016-cı ildən 2020-ci ilə qədər Gəncə şəhəri Ədliyyə Nazirliyi Regional İcra xidmətinin rəisi olub. Hazırda təqaüdədir.

Nizami Qocayev adıçəkilən MMC-nin rəhbəri olduğunu təsdiqləyib. O, bildirib ki, tamamilə qanun çərçivəsində fəaliyyət göstərirlər: "Bizim MMC-nin Bakıda 151 parklama yeri var. Yerli bələdiyyələrlə müqavilə bağlamışıq, hər ay yerlədən asılı olaraq, 4000, 3850, 2000 manat və s. onlara vəsait ödəyirik. Dövlətin vergisini, DSF ödənişlərini vaxtlı-vaxtında veririk".

Avtomobil sahiblərindən ödəniş haqlarının hansı tariflə alınmasına gəlincə, Nizami Qocayev bildirib ki, bunu bələdiyyələrlə öz aralarında müəyyən edirlər: "Burada hər hansı qanunsuzluqdan söhbət gedə bilməz. Bələdiyyələrlə müqavilələr bağlamışıq və onların bir surətlərini də yerli polis idarələrinə təqdim etmişik. Problem yaranan hallarda qanun çərçivəsində polisə müraciət edilir".

Nizami Qocayev həmçinin paytaxtda qanunsuz parklama yerlərinin olduğunu da vurğuladı. O, BNA rəhbəri Vüsal Kərimovun qanunsuz parklama ilə bağlı dediklərini şərh etməyib.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh