Köhnə avtobusların ümidinə qalan Bakı... - Açıqlama

“Bakıda daşıyıcı şirkətlərin avtobus parkı çox köhnədir. Avtobus parklarının yenilənməsi prosesi isə çox ləng həyata keçirilir. Halbuku bu yenilənməyə çox ciddi ehtiyac var. Daşıyıcı şirkətlərin də çoxu borc içindədirlər. Ona görə də yeni avtobuslar ala bilmirlər”.

Bu fikirləri Bakupost.az -a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, daşıyıcı şirkətlərin maddi durumunun yaxşılaşması üçün gediş haqqı artırılsa da, yanacağa görə verilən subsidiya kəsilib
"Daşıyıcı şirkətlərə dəstək göstərilmir. Şirkətlərin özlərini dirçəldə bilməsi üçün digər xərclərin bir hissəsi dövlət tərəfindən qarşılanmalıdır. Dünya təcrübəsinə də nəzər yetirdikdə görürük ki, ictimai nəqliyyat sahəsində qazanc çox deyil. Bu sahə özəl şirkətlərin əlində ola bilər, amma dövlətin də dəstəyi vacibdir. Bu, dünyada baş verən prosesdir. İctimai nəqliyyatdakı problemlərin aradan qaldırılması üçün ciddi nəzarət həyata keçirilməlidir. Hesab edirəm ki, məsələnin detalları araşdırılmalı və əldə olunan nəticələrə əsasən, lazımı işlər görülməlidir”.
Ekspert qeyd edib ki, hazırda həm köhnə, həm də qiyməti 300-400 min manat olan yeni avtobuslarla sərnişindaşıma qiyməti eynidir. Ona görə də daşıyıcı şirkətlər avtobus parkını yeniləməkdə maraqlı deyillər.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












