Köhnə avtomobillər bu qayda üzrə istismardan çıxarılacaq - VİDEO

İstismar müddəti bitmiş, köhnə avtomobillərin dövriyyədən çıxarılması, yəni utilizasiyası ilə bağlı işlər sürətləndirilir. Avtosfer.az-ın məlumatına görə, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda öz əksini tapan bu məsələ diqqət mərkəzindədir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, dövlət proqramında qeyd edilib ki, utilizasiya prosesinin məqsədi yol hərəkəti və ekoloji təhlükəsizliyi təmin etmək, yerli avtomobil istehsalını stimullaşdırmaqdır.
Heç kəsə sirr deyil ki, ölkəmizdə köhnə avtomobillərlə taksi və yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər var. Ərşad Hüseynovun sözlərinə görə, belə avtomobillərin utilizasiyası zamanı prosesin sosial yükünü də nəzərə almaq lazımdır.
Sürücülərin də bu proseslə bağlı fikirləri birmənalı deyil.
Qeyd edək ki, utilizasiya prosesi ilə bağlı xarici ölkələrin müxtəlif təcrübələri mövcuddur. Bəzi ölkələrdə həmin avtomobilin sahibinə müəyyən ödənişlər edildikdən sonra ona yeni avtomobil alması üçün güzəştli kredit təklif olunur. Yerli istehsalı olan ölkələrin bir qismində isə utilizasiya olunan avtomobilin sahibinə güzəştli ödəniş şərtləri ilə avtomobil verilir. Azərabycanda isə bu prosesin necə həyata keçiriləcəyini zaman göstərəcək.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












