Kommunal xidmətlərin qiymətləri artacaq? - AÇIQLAMA

Əhalinin məişət xərclərinin önəmli bir hissəsini kommunal xərclər tutur. Ona görə də, bu xərclərin artımı daim maraq doğuran mövzulardan biri olur.
Bəs ölkədə kommunal xidmətlərin qiymətləri artacaqmı?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc "Referans"a açıqlamasında bildirib ki, kommunal xidmətlər sonuncu dəfə 2 yanvar 2025-ci ildə Tarif Şurasının qərarına uyğun olaraq artırılıb.
“Yəni hal-hazırda bilirsiniz ki, aprel ayındayıq və hər hansı bir artım barədə məlumatımız yoxdur. Düşünürəm ki, bu proses hər zaman ilin sonunda və ya əvvəlində aktuallaşır. Mövcud xidmətlər üzrə çəkilən xərclərə uyğun olaraq əgər kommunal xərclərin artımı baş verirsə, onun bölgüsü və vətəndaşlara düşən hər xidmət üzrə paylarda müvafiq dəyişikliklərin edilməsi Tarif Şurasının qərarından sonra qüvvəyə minir.
Bu istiqamətdə hər hansı bir yeniliyin, artımın olacağı barədə bir anons və yaxud da məlumat təqdim olunmayıb”, deyə o, qeyd edib.
Onun fikrincə, ilk növbədə kommunal xidmətlərin səviyyəsini və keyfiyyətini artırmaq daha vacibdir, çünki hal-hazırda istər ümumi Bakıda istərsə də ayrı mənzil kommunal təsərrüfatlarında və yeni tikililər inşa edən MTK - MMC-lərdə hər hansı bir xidmət haqqının dəyişilməsi zərurətini görmürük:
“Düşünürəm ki, bütün hallarda ilk növbədə müasir dünya standartlarına uyğun şəkildə kommunal xidmətlərin göstərilməsinin təmin edilməsi ətrafında müzakirələrin aparılmasına ehtiyac var. Son günlər yağan yağış həcminin qarşısında bir sıra kommunal xidmətlərin dayanıqlı, keyfiyyətli xidmət ortaya qoya bilməməsi bu istiqamətdə müvafiq qərarların qəbulunu zəruri edir.
Köhnəlmiş, istismar müddəti keçmiş xətlərin yeniləri ilə əvəz olunması, habelə müasir standartlara cavab verməsinin təmin edilməsi və bu xidmətlərdən bütün ölkə əhalisinin, xüsusilə də Bakı şəhər əhalisinin istifadə etməsinin təmin olunması daha ciddi məsələlərdir nəinki bu xidmətlərin qiymətlərinin artırılması. Çünki keyfiyyəti yüksəltmədən xidmətlərin qiymətində olan artım böyük sosial narazılığa səbəb ola bilər. Bu da arzuolunan məsələ deyil".
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










