Kreditə zamin duranlar üçün tələ

Kredit verən bankların bəziləri ciddi bir qanun pozuntusuna yol verirlər - vətəndaşın (zamin duranın) məlumatlılığı olmadan, zamin dərk etmədən, elə bir zaminlik müqaviləsinə imza atdırırlar ki, zamin borcalanın 1 kreditinə görə deyil, 10 il ərzində alacağı bir neçə kreditə zamin durur, özü bunu bilmədən və istəmədən. Avtosfer.az xəbər verir ki, bunu tanınmış vəkil Fərhad Mehdiyev sosial media hesabında yazıb.
"Neçənci vətəndaşdır ki mənə müraciət edir. İndiki də Express Bankdır. Vətəndaş düşünüb ki, 1 dənə kredit müqaviləsinə zamin durur; əslində o borc da bağlanmışdı. Daha sonra əsas borclu zaminin xəbəri olmadan ikinci krediti götürür və qaytarmır; iş gedir məhkəməyə və zamin "kredit XƏTTİ müqaviləsinə" imza atdığına görə indi üzərində borc var, hər 2 avtomobilinə həbs qoyulub.
Bank isə zaminə imza atdıranda, müqavilənin məzmununu ona izah etməyib.
Mərkəzi Bank bu işlərə ciddi nəzarət etməlidir, məhkəmələr isə bu qəbildən zaminlik müqavilələrini "vacib əhəmmiyyətli yanılma" səbəbi ilə etibarsız saymalıdır" - vəkil əlavə edib.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










