Leş axtaranlar... - Polis mayoru yazır

Bu xəbər saytlara ayaq açandan və gündəmin manşeti olandan sonra yəqin ki, çoxunuz evinizə ət almağa tərəddüd etdiniz. Hətta tanış qəssablara belə ürəyinizdə şübhə yarandı. Ümumiyyətlə, müşahidə etmişəm: azdan-çoxdan dinə riayət edənlər, heyvanın üzü qibləyə, “Bismillah”la kəsilməsini qəssabdan soruşanlar, demək olar ki, azdır. Ancaq təmizliyə gəldikdə, əlbəttə ki, hər kəs gigienik baxımdan təmiz olan, müəyyən qaydalara cavab verən kəsim yerlərindən ət almaq istəyər.
Görəsən, neçə nəfər cinayətkarlıqla mübarizə ilə yanaşı, sağlamlığımızın da keşiyində duran polisimizə ürəyində “Bərəkallah”, “Afərin” dedi. Bəziləri hətta bu xəbərdən sonra “Guya polis və digər qurumlar onları görmürdülərmi” iradı ilə tənqidlərinin “ağızını itilədilər” də. Ancaq bir məsələ var. Bu “leş ovçuları”na mal, əl və dil verənlər bizik. Dəfələrlə eşitmişəm: filankəsin malı, heyvanı ölmüşdü, maşın vurmuşdu, gəlib “kolbasaya” apardılar və s. Kimlər aldı, kimlər apardı, heç xəbəriniz oldumu, heç maraqlandınızmı? Deməli, hamımız günahkarıq...
Əslində, hər bir vətəndaş daxilən polis olmalıdır-qanuna hörmət edən, onun keşiyində duran, öyrənən və bilən. Şərt o deyil ki, uniforma geyinəsən, dövlət tərəfindən sənə qanunvericilik çərçivəsində müəyyən səlahiyyətlər verilə. Cəmiyyətdki neqativlər müəyyən zaman çərçivəsində adidən-aliyə, kiçikdən- böyüyə kimi yol qət edirsə və heç bir maneəyə rast gəlmirsə, heç bir təpki görmürsə, deməli, biz sağlamlığımıza, sabahımıza biganəyik. Bax, elə bu “leş alverçiləri” də bizim zəif damarımızı, biganəliyimizi və əlbəttə ki, meydanı boş görüb at oynadıblar.
Polis qarşısını almasaydı, müəyyən qurumlar məlumatlandırılmasaydı, əslində, hər kəsin verə biləcəyi suallardı. “Nəticə bundan sonra necə olardı” sualına cavab axtarmaq yox, konkret cavab vermək üçün bir müddət öncə baş verən qida zəhərlənmələrinə diqqət çəkmək yetərlidir. Paytaxtda və yerlərdə baş verən qida zəhərlənmələrinin açılan kələfinin bir ucunun, sizcə, bu “leşçilərlə” bir bağlılığı yoxmu? Polisin araşdırmasından və maddi sübutlardan sonra var deməyə cəsarətlənirik, çünki əlahəzrət fakt meydandadır.
Təəssüf ki, insanlarımız hələ də qida təhlükəsizliyindən xəbərsizdirlər. Maariflənməyə ehtiyac var. Paytaxtda, regionlarda bununla bağlı məktəblərdə, bəli təhsil ocaqlarında tədbirlər keçirilməlidir. Çünki narkomaniya, dini radikalizm, erkən nikah və bu kimi digər bəlalar kimi qida təhlükəsizliyi də hər birimizi düşündürməlidir.
Əgər mütətəşəkkil dəstə tərkibində birləşən, əvvəllər eyni əməllərə görə məhkum olunmuş şəxslərin yaratdığı şəbəkənin üzvlərinin yeni qurbanı olmağımızı, əzizlərimizin sağalmaz xəstəliklərdən əziyyət çəkməsini istəmiriksə, o zaman, gəlin, birlikdə mübarizə aparaq. Gördüyünüz neqativi polisə deməkdən çəknməyin…
Əvvəllər məhkum olunmuş “Leş Tofiq”- Alıbəy Rzaxanov öz layiqli cəzasına çatacaq. Amma onun kimilər hələ də var və azadlıqda leş axtarırlar.
Hafiz Təmirov,
polis mayoru
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










