Maşın almağı düşünənlərə XƏBƏRDARLIQ: Bu maşınlar ağır qəzalara səbəb olur

Bəzi xarici ölkələrdə avtomobil sükanı sağ tərəfdə yerləşir. Bu nüans insanlara daim maraqlı gələn məsələlərdən biridir. İngiltərə və Yaponiya kimi bir sıra ölkələrdə avtomobillərin böyük əksəriyyəti bu formadadır. Bizə normal gələn isə sürücü oturacağının sol tərəfdə yerləşməsidir. Bu tendensiyanın keçmiş dövrlərdə qədim insanların at sürmə texnikaları ilə bağlı olduğu hesab edilir. Həmin texnikanın insanların gen yaddaşı vasitəsilə nəsildən-nəsilə ötürüldüyü düşünülür. Belə hesab olunur ki, qədim insanların at sürmə texnikasından ilkin avtomobillərin hazırlanmasında istifadə olunub.
Bəs nəyə görə bəzi ölkələrdə sükan sağ tərəfdə yerləşir? Bunun müəyyən üstünlükləri varmı?
Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı Referans.az-a bildirib ki, bu məsələ “Yol hərəkəti” haqqında qanunla tənzimlənir.

“Dünyada bu mövzu ilə bağlı iki cür qayda götürülüb. Bəzi ölkələrdə həm sağ, həm sol sükanı olan avtomobillər istifadə olunur, bəzilərində isə yalnız sağ və ya yalnız sol sükana icazə var. Sükanın sağda və ya solda olmasının elə də vacib bir rolu yoxdur. Sadəcə Azərbaycanda 1998-ci ildə “Yol hərəkəti” haqqında qanun qəbul olunanda, qayda belə qoyulub ki, sükanı sağda olan avtomobillər ölkəyə gətirilməsin. Ölkədə olan bu tip avtomobillərin istismarına isə icazə verilirdi. Hətta hazırda da ölkədə bu qanun qəbul olunmamışdan əvvəl ölkəyə gətirilən avtomobillərdən bir neçəsi qalıb və onların hərəkətinə də icazə verilir”.
Ekspert qeyd edib ki, xarici ölkələrdə istehsal olunan və sükanı sağda yerləşən avtomobillər var ki, onların Azərbaycanda satışını edə bilmək üçün sükanın yerini sonradan dəyişirlər. Lakin bu, problemlərə səbəb olur və belə avtomobillərlə ağır yol-nəqliyyat qəzaları baş verir. Buna görə də maşın almağı düşünənlərə bu nüansa diqqət etmələri tövsiyə olunur.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












