Maşın sürərkən yemək və öpüşmək olmaz: Sürücülər üçün 10 qəribə qayda

Makedoniyada sərxoş sərnişinin sürücünün yanında oturmasına icazə verilmir. Yol hərəkəti qaydaları, ümumiyyətlə, vahiddir, çünki onlar sürücülərin, onların sərnişinlərinin və piyadaların təhlükəsizliyi üçün yaradılıb. Ancaq bəzi ölkələrdə gözlənilməz nüanslar var. Avtosfer.az "Lent.az"a istinadla xəbərinə görə, dünyanın müxtəlif ölkələrində sürücülər üçün ən qəribə 10 qaydanı təqdim edir.
2021-ci ildən Fransada hüquq-mühafizə orqanları əməkdaşlarının və onların nəqliyyat vasitələrinin fotoşəkillərinin çəkilməsini qadağan edən qanun var. Qanunu pozan cərimələnə və hətta həbs oluna bilər.
Finlandiyada sərnişinlərə musiqi dinlətmək istəyən taksi sürücüsü illik 22 avro ödəməlidir.
Makedoniyada sərxoş sərnişinin sürücünün yanında oturmasına icazə verilmir. Bu qayda sürücünün yoldan yayınma riskini azaltmaq üçün tətbiq edilib.
Kiprdə sürücülərə maşın sürərkən yemək və içmək qəti qadağandır - qanun tələb edir ki, hər iki əl həmişə sükanda olsun. Pozuntuya görə cəza 50 Kipr funtu (təxminən 90 ABŞ dolları) məbləğində cərimədir.
Almaniyada avtomobil şəxsi məkan hesab edildiyi üçün sürücü istənilən formada, hətta tamamilə çılpaq halda sükan arxasında oturmaq hüququna malikdir. Bununla belə, ayaqqabı mütləqdir - bu, pedallara nəzarəti itirməyin qarşısını alır.
Salerno əyalətinin (İtaliya) kiçik Eboli şəhərində sürücülərin maşın sürərkən öpüşməsini qadağan edən qanun var. Belə bir pozuntuya görə cərimə 50-500 avro arasındadır.
Danimarkada sürücülərdən maşın sürməzdən əvvəl kiminsə avtomobilinin altında gizlənib-gizlənmədiyini yoxlamaq tələb olunur. Bu qayda qəzaların qarşısını almaq məqsədi daşıyır.
İsveçrədə bazar günü məcburi istirahət günü hesab olunur. Burada hər hansı yüksək səslə iş, o cümlədən avtomobillərin yuyulması qadağandır.
Filippin dövlət nömrə nişanının son rəqəminə əsasən küçələrdə nəqliyyat vasitələrinin sayını məhdudlaşdıran sistem tətbiq edib. Məsələn, nömrə 1 və ya 2 ilə bitirsə, bazar ertəsi avtomobil yollarda idarə edilə bilməz.
Yaponiyada gölməçədən keçən və piyadanın üstünə su sıçradan sürücü 65 ABŞ dolları məbləğində cərimələnə bilər.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











