Maşını olan ərlə arvad bir-birinə etibarnamə verməlidirmi? - VİDEO

Sürücülərin mütamadi olaraq qarşılaşdığı problemlərdən biri də nigah şəhadətnaməsi ilə bağlıdır. Belə ki, ər-arvad nigah şəhadətnaməsi ilə bir-birlərinə məxsus avtomobilləri idarə etmək hüququna malik olsa da, çox vaxt Dövlət Yol Polisi əməkdaşları bunun keçərli olmadığını bildirərək, avtomobilləri cərimə meydançasına aparır. Hətta bununla bağlı sosial şəbəkələrdə paylaşım edib sual ünvanlayanlar da var.
Ekspert Elməddin Muradlı hesab edir ki, İnzibati Xətalar Məcəlləsində nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməyə görə məsuliyyət nəzərdə tutulur. Lakin bunu ər-arvad üçün tətbiq etmək düzgün deyil. Ona görə də, Məcəllədə qeyd olunmalıdır ki, ər-arvad arasında istisna olmaqla. “İstisna olmaqla” sözü ora əlavə olunsa bu problem artıq öz həllini tapacaq. Sadəcə olaraq bunun üçün bir iradə lazımdır. Niyə qanunvericilik aktlarında bu cür boşluqlar qoyurlar və bu boşluqlar da həmişə insanların zərərinə işləyir”.
Mülki qanunvericiliyə görə, ərlə arvad arasında birgə nigah dövüründə əldə edilmiş əmlak onların hər ikisnin mülkiyyəti sayılır. Belə olduqda hər iki şəxs bu mülkiyyətin sahibidir. Ər-arvad arasında boşanma və əmlak bölgüsü olarsa hər iki şəxsin əmlak üzərində hüququ yaranır. Əmlak satılır və onlar arasında bölünür. Yaxud da birnin imtinası ilə digərinə keçir. Əgər qanun belədirsə, sözügedən məsələyə görə şəxs öz-özünə etibarnamə verməlidirmi?
Elməddin Muradlı deyir ki, problemin başılıca səbəbi yol nəqliyyat hadisəsi baş verdikdə sığorta şirkətlərinin yaratdığı çətinliklərdir. “Yəni ərlə arvad arasında etibarnamə yoxdursa, arvadın adına olan maşını ər idarə edirsə, yol nəqliyyat hadisəsi baş verdikdə sığorta şirkəti qarşı tərəfə dəymiş zərəri ödəyir. Sonra isə verir məhkəməyə verir ki, sənin bu maşını idarə etməyə hüququn yox idi, pulu geri qaytar”.
Ekspertin dediyinə görə, qanunvericilikdə olan bu böşluq mütləq aradan qaldırılmalıdır ki, vətəndaşların ailə büdcəsinə haqqsız yerə dəyən ziyanın qarşısının alınsın: “Bu gün yol polisi çox vaxt nigah sənədini əsas tutaraq sürücülərə cərimə yazmır. Yəni ər-arvad arasında nigar varsa yol polisi onlara cərimə yazmır. Problemi yaradan sığorta şirkətləridir. Bunun da həlli yolu var”.
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO











