Maşınları əzən öküzün sahibini nə gözləyir? - Açıqlama - VİDEO

Xəbər verdiyimiz kimi, dünən Ziya Bünyadov prospektində qəssabdan qaçan öküz xeyli müddət nəqliyyatın hərəkətini iflic edib və nəticə də bir neçə avtomobilə ziyan dəyib. Dəymiş ziyanın kimin tərəfindən ödənilməsi və kimin məsuliyyət daşımasını öyrənmək üçün nəqliyyat üzrə ekspert Elməddin Muradlıya müraciət etdik. Ekspert “Yeni Sabah”a açıqlamasında bildirdi ki, dəymiş ziyan heyvan sahibləri tərəfindən ödənilməlidir. “Baş vermiş hadisə yollarımızda tez-tez yaranan hal deyil, amma ara-sıra belə hadisələr baş verir. Nəqliyyat vasitəsinə zərər vuran tərəf, yəni heyvan sahibləri qanunla məsuliyyət daşıyırlar. Dəymiş zərəri heyvan sahibləri ödəməlidir.
Deyək ki, yollarda mal-heyvanları sahibsiz buraxırlar, xüsusən rayon yerlərində belə hallar olur və hər hansı nəqliyyat hadisəsi baş verir. Köhnə təcrübəyə nəzər salsaq görərik ki, əvvəllər heyvan sahibləri hadisədə əzilmiş və ya ölmüş mal-qaralarının pulunu sürücüdən istəyirdi. Amma get-gedə təbliğat işləri aparıldı və məlum oldu ki, belə situasiyada günahkar mal-qaranı nıəzarətsiz qoyan şəxsdir. Qanuna görə, mal-qaranı nəzarətsiz buraxan vətəndaşlar yaxşı halda 40 manat cərimə olunmalıdır. Amma avftomobilə zərər dəyibsə, bu zərəri də mal-qara sahibləri ödəməlidirlər.
Dünən baş vermiş hadisənin də səbəbi araşdırılamalıdır. Bu heyvanın sahibi kimdirsə, polis tərəfindən tapılmalı və həmin şəxs avtomobillərə dəymiş ziyanı ödəməlidir. Əgər heyvanın sahibi pulu ödəməkdən imtina edərsə, o zaman polis o şəxsi aşkarlayıb protokol yazmalıdır, 40 manat cərimə yazıla bilər. Onun bir nüsxəsi də zəzərçəkən sürücüyə verilməlidir. Sürücülər də həmin protokol əsasında heyvanın sahibini məhkəməyə verərək dəymiş zərəri tələb edə bilərlər. Bunun başqa variantı yoxdur, qanun belə deyir.
Mən deməzdim ki, heyvan sahibi qəsdən açıb buraxıb və belə xoşagəlməz hadisə baş verib. Amma baş veribsə də, bu ziyanı ödəmək onun borcudur”.

"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










