Reklam

Moped sürənlərin nəzərinə: Sürücülük vəsiqəsi tələbi gəlir – AÇIQLAMA

Yazarlar 13 Aprel 2022 12:29 Oxunub 1834
Moped sürənlərin nəzərinə:  Sürücülük vəsiqəsi tələbi gəlir – AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Vaqif Əsədov bir müddət öncə Azərbaycanda moped sürücüləri ilə bağlı qanunvericilikdə dəyişiklik olacağını deyib. Bu dəyişikliyə əsasən artıq onlara da sürücülük vəsiqəsinin verilməsi gözlənilir. 
Həmçinin moped sürücülərinin nizamsız hərəkətindən narahat olan bir sıra sürücülər də bu qərarın verilməsinə müsbət yanaşıblar. 
Nəqliyyat eksperti Elməddin Muradlının bizim.media-ya verdiyi açıqlamaya görə, dəyişiklik bu sahədə olan xaotikliyə son qoyacaq: “Pandemiya dövründə onların xidmətlərindən yararlananlar çox oldu və kuryer xidmətinə daha çox mopedlər cəlb olundu və beləliklə kütləvi axın baş verdi. Axını nizama salmaq üçünsə intizam yaratmaq lazımdır. Heç kim istəməz ki, moped sürücüləri üçün sərt qərarlar verilsin, məhdudiyyətlər qoyulsun. Lakin elə bir vəziyyətə gəlib çıxmışıq ki, onlar özləri məcbur edir ki, bu tip cəzalar, cərimələr, məhdudiyyətlər tətbiq olunsun. Çünki mopedlərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri çoxalıb və onların kobud qanun pozuntuları artıq cəmiyyətdə hər kəsi narahat edir. Başa düşürük ki, çatdırılma xidməti göstərirlər, cəld işləməlidirlər. Bu xidmət də ölkəmizdə yenidir və bilirik ki, bütün yeniliklər baş verdikdə ilk başlarda müəyyən çətinliklər, problemlər ortaya çıxır. Buna nizam gətirmək üçün dünya təcrübəsindən nümunə götürməliyik. Dünyanın bir çox ölkələrində artıq moped sürücülərinin qanunsuz hərəkətlərinin qarşısının alınması üçün imtahan sistemi tətbiq olunur. Moped sürücüləri imtahan verib sürücülük vəsiqəsi alır. Həmçinin mopedin üzərinə də fərqləndirici nişan quraşdırılır ki, qayda pozanda, hadisə törədib qaçanda və yaxud da bir oğurluq hadisəsi baş verəndə heç olmasa həmin nişan vasitəsilə onları tapa bilsinlər”.
Ekspert həmçinin bildirir ki, motosikl sürücüləri də moped adından istifadə edərək qanun pozurlar. Bu cür neqativ halların qarşısı qanuni yollarla alına bilər: “Bu gün onlar fikirləşir ki, sürücülük vəsiqəsi yoxdur, nömrə yoxdur heç kim onları saxlamayacaq və buna arxayın olub istədikləri kimi hərəkət edirlər. Bu gün moped adı ilə, motosikl sürən sürücülər də var. Məsələn avtomobilinin mühərrik gücü 125 kub santimetrdir. Amma nömrəni çıxarıb adını qoyur ki, mopeddir və bu şəkildə idarə edir. Lakin motosikl sürən yol polisləri dərhal bunu başa düşürlər. Qısaca olaraq bu sahədə xaotik vəziyyət yaranıb, düşünürəm ki, mübarizə tədbirləri hökmən keçirilməlidir. Bu addım zamanın tələbinə uyğun şəkildə aparılır”, - deyə E.Muradlı bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh