Moskvada yaşayan “həci”dən insanlığa yaraşmayan hərəkət – FOTO

Rusiyada yaşayan azərbaycanlı leykozdan əziyyət çəkən azyaşlı Aylinin müalicəsi üçün yığılan pulları dələduzluq yolu ilə ələ keçirib. Avtosfer.az minval.info-ya istinadən xəbər verir ki, bu barədə pediatr Günay Rəsulova öz “Facebook” səhifəsində məlumat verib.
Atası həyatda olmadığından leykozdan əziyyət çəkən Aylin adlı körpənin müalicəsinə dəstək üçün açılan hesabdakı məbləğ özünü “Hacı” kimi qələmə verən biri tərəfindən qarət edilib.
Moskvada yaşadığını bildirən azərbaycanlı gecə saatlarında “Whatsapp”la əlaqə saxlayaraq yardım etmək niyyətində olduğunu yazıb və Aylini xaricə aparmaq üçün hesaba 50 000 AZN köçürmək fikrində olduğunu deyib.
Yazışmalarla Aylinin dayısının etibarını qazanmağı bacaran “həci” kart və hesab nömrəsi ilə bağlı bütün bilgiləri əldə edib. Hətta hesabı açan şəxsin şəxsiyyət vəsiqəsinin fotosunun şəklini atmağı istəyib.
Ailə səhər kartdan pulu götürmək üçün gedəndə ailə acı bir sürprizlə qarşılaşıb. Aylardır əziyyətlə yığılan pul, ailənin tək ümid yeri olan hesab boş! Bunu görən ailə banka müraciət edib. Aldıqları cavab onlara böyük zərbə olub. Kartdakı məbləğ “online” üsulla hansısa oyunlar üçün köçürülüb.
Onkoloji xəstə uşağın müalicəsinə yığılan pula göz dikən bu məxluqun nömrəsi budur: +79852706090











Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












