Mümkün qədər ənənəvi avtomobillərdən yaxa qurtarmaq lazımdır
Yazarlar
31 Mart 2022 11:58

"Çalışmalıyıq ki, insanlar zəhərlənməsin, təbiət korlanmasın, hava təmiz olsun"
Dövlət Gömrük Komitəsi ölkəyə idxal olunan ekoloji təmiz avtomobillərin idxal rüsumundan azad olunması üçün hökumətə çağırış edib. Komitənin Gömrük ödənişləri idarəsinin rəisi Tariyel Alverdiyev “Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit” mövzusunda mətbuat konfransında çıxışı zamanı bildirib ki, hazırda həmin avtomobilləri Azərbaycana gətirənlər yalnız əlavə dəyər vergisi (ƏDV) ödəmir:
"Hökumətə təklif etmişik ki, idxal rüsumu ləğv edilsin".

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı "Şərq"ə açıqlamasında bildirib ki, DGK-nin müraciəti indiki zamanda zəruri olan addımlardan biridir:
"Prezident İlham Əliyev 2018-ci ilin dekabr ayında "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 5 illik dövlət proqramı" imzalayıb. Həmin fəaliyyət planında ekoloji təmiz nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinin stimulllaşdırılması öz əskini tapır.
Komitə nümayəndəsinin açıqladığı həmin fikirlər də cənab Prezidentin bu sahədə verdiyi tapşırıqların icrası ilə bağlıdır.
DGK bundan əvvəl də təkliflər irəli sürüb. Yanvar ayından etibarən Azərbaycana gətirilən hibrid və elektromobillərin ƏDV-dən azad olunması baş tutub. Beləliklə, növbəti addım da idxal vergisindən azad olunmadır.
Ümumən bütün bunlar ekoloji təmiz nəqliyyat vasitələrinin qiymətinin aşağı düşməsinə, insanlar üçün əlçatan olmasına gətirib, çıxaracaq.
Biz də istəyir və bunu dəstəkləyirik ki, ətraf mühitin qorunması üçün ekoloji təmiz nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi intensivləşsin. Uzun müddət vaxt alsa da, getdikcə ekoloji təmizliyin qorunması üçün öz imkanlarımız çərçivəsində işlər görməliyik.
Bunların da başında nəqliyyat vasitələri dayanır. Çünki ətraf mühitin çirklənməsi ilə bağlı aparılan araşdırmalar göstərir ki, xüsusən də paytaxt şəhərlərdə, meqapolislərdə havanın oksigeninin azalmasının 70-80 faizini nəqliyyat vasitələri təşkil edir.
Ona görə də ənənəvi avtomobillərdən mümkün qədər tez yaxa qurtarmaq lazımdır ki, insanlar zəhərlənməsin, təbiət korlanmasın, hava təmiz olsun. Ümid edirəm Komitənin irəli sürdüyü bu təkliflər tezliklə reallaşacaq".
Oxunub : 2138
DİGƏR XƏBƏRLƏR
22 İyun 2026 14:36
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
19 İyun 2026 09:48
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
11 İyun 2026 15:00
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
9 İyun 2026 10:48
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
5 İyun 2026 14:11
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
4 İyun 2026 21:00
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
15 May 2026 17:26
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
28 Aprel 2026 16:11
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
22 Mart 2026 22:28
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
21 Mart 2026 21:13
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
12 Mart 2026 17:11
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
11 Mart 2026 17:41
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
ŞƏRH YAZ










