Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?

Paytaxt sakini Elyar Veyisov idarə etdiyi “Toyota” markalı avtomobillə qayda pozuntusuna yol verdiyi üçün Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb. Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, sənədlərin yoxlanılması zamanı qeyri-adekvat hərəkətləri şübhə doğuran sürücünün altı ay əvvəl narkotik sərxoşluğuna görə məsuliyyətə cəlb olunduğu aşkar edilib. Növbəti dəfə tibbi müayinədən keçirilən E.Veyisov yenidən narkotik maddə qəbul etməsini etiraf edib. Eyni qanunazidd əməli təkrar törətdiyinə görə E.Veyisov məhkəmənin qərarı ilə 2 il sürücülük hüququndan məhrum edilməklə 15 gün müddətinə inzibati qaydada həbs edilib. Göründüyü kimi, paytaxtda narkoman sürücülərlə mübarizə getsə də, 6 ay əvvəl saxlanan şəxs yenidən uyuşdurucu maddənin təsiri altında sükan arxasında oturub.
Bəs bu təhlükə ilə mübarizədə daha hansı preventiv tədbirlərin görülməsi mümkündür? Sərnişin narkoman sürücünü necə, hansı hərəkətlərindən tanıya bilər?

Avtosfer.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı "Musavat"a açıqlamasında bildirib ki, narkotik maddə istifadə edən sürücülər onlara verilən cəzalardan nəticə çıxarmırlar.
Onun sözlərinə görə, bu cür şəxslər cəriməni ödədikdən sonra yenidən sürücülük edirlər:
“Azərbaycanda bu sahədə qanunvericilikdə də müəyyən boşluqlar var. Elə narkotik maddə var ki, 6 ay qanda qalır və həkim müayinəsi zamanı bu, üzə çıxır. Qanunvericilikdə izah edilmir ki, 6 ay bundan öncə istifadəyə görə cərimə yazıla bilərmi? Bu məsələni tənzimləmək lazımdır ki, indiki istifadə ilə aylar öncəki istifadəyə görə eyni cəza düşürmü? Bu, bir az ədalətli yanaşma sayılmır. Bizim qanunvericilikdə göstərilir ki, belə hal 600 manat cərimə ilə nəticələnir və ya sürücülük hüququndan məhrumetmə cəzası verilir. Təkrar eyni hal olduqda isə sürücü həbs cəzası alır və ya yenə də iki il müddətinə sürücülük hüququndan məhrumetmə ilə cəzalandırlır. Ancaq narkomanı tutub cəzalandıranda və ya sürücülük vəsiqəsini əlindən alanda düşünürsünüz ki, o, daha maşın sürmür? Əlbəttə, sürür”.
Ekspert deyir ki, narkomaniya ilə ilk növbədə bu şəxslərin ailələri mübarizə aparmalıdır:
“Ata polisə məlumat verməlidir ki, oğlu sürücülük hüququndan məhrum edilsə də, yenə də maşın sürür. Belə olan halda polis maşını narkomanın əlindən almalı və onun nəqliyyata əlçatanlığını məhdudlaşdırmalıdır”.

Narkomaniya üzrə ekspert Emil Maqalov saytımıza bildirib ki, sərnişinlərin belə sürücüləri tanıması mümkünsüzdür:
“Narkotik istifadəçi yalnız ağrı çəkəndə özünü ələ verir. Ağrı kəsdikdən sonra isə yenidən normal adamlar kimi davranır. Onlar ağrıya az qalmış narkotik vasitədən istifadə edir və özünü sakitləşdirir. Buna görə də onları tanımaq çətin olur. Elə sürücü var ki, narkoloji testdən keçdikdən sonra bu maddədən istifadə edir. Bu yaxınlarda Sumqayıta sərnişin daşıyan avtobus sürücüsündə də narkotik aşkarlandı. Hazırda test etsələr, 50 faiz sürücüdə bu, aşkarlanacaq. Onların arasında təcili yardım maşını sürən şəxslər də var”.
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO











