Nə qədər gedəcəksən, o qədər ödə - İctimai nəqliyyatda yeni ödəniş qaydası

“Azərbaycanad nəqliyyatda gedişhaqqı birdəfəlik gedişhaqqı kimi nəzərdə tutulur. Amma dünya bundan çoxdan imtina edib”.
Avtosfer.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a iqtisadçı Natiq Cəfərli deyib.
O bildirib ki, ictimai nəqliyyat sahəsində kombinə olunmuş bilet sisteminə keçmək lazımdır:
“Bu sahədə problem çox dərindir. Azərbaycanada nəqliyyatda gedişhaqqı birdəfəlik gedişhaqqı kimi nəzərdə tutulur. Amma dünya bundan çoxdan imtina edib.
Birdəfəlik gedişhaqqı az sayda adamı maraqlandırmalıdır, məsələn, turistləri. Artıq əksər ölkələrdə olduğu kimi, kombinə olunmuş bilet sisteminə keçmək lazımdır. Yəni bütün biletlər bütün nəqliyyat vasitələrində keçərli olmalıdır.
İkincisi, bu, zamana bağlı olmalıdır. Yəni ən azı 1 saatlıq, ən yuxarısı isə 1 illik bilet sisteminə keçmək lazımdır. Onda artıq biletlərin gedişhaqqı olması faktiki dəyişir.
Siz bileti 1 saatlıq alanda daha baha alırsınız, 1 günlük alanda nisbətən ucuz, 1 aylıq, yaxud 1 illik alanda isə daha ucuz. Belə bir sistem yaradılmalıdır”.
Ekspert bir çox ölkələrdə bu qaydanın çoxdan tətbiq olunduğunu deyib:
“Artıq bu, vətəndaşın özü və nəqliyyat şirkətləri üçün maraqlı olacaq. 1 milyon insan öncədən bilet alsa, şirkətin büdcəsinə milyonlarla vəsait öncədən daxil olacaq. Onlar da işlərini planlaşdıra biləcək, yeni avtobuslar və ehtiyat hissələri ala biləcəklər. Birdəfəlik gedişhaqqı məsələsi tarixə qovuşmalıdır və differensial qiymət siyasəti olmalıdır. Tələbələr üçün ayrı, təqaüdçülər üçün ayrı və zamana bağlı olan. Yəni bir az qəliz mexanizmlər qurulmalıdır ki, dünyanın bir çox ölkələri artıq çoxdan bundan istifadə edir”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












