Niyə taksilərdə posterminal quraşdırılmır? - AÇIQLAMA

Son illərdə Azərbaycanda taksilərlə bağlı müəyyən dəyişikliklər oldu. Həmin dəyişikliklərə əsasən, bəzi qaydalar qüvvəyə mindi. Taksilərə posterminalların quraşdırılması da tələb kimi ortaya qoyuldu. Avtosfer.az xəbər verir ki, bununla bağlı qərar ötən ilin iyul ayında qüvvəyə mindi. Buna baxmayaraq bəzi taksilərdə nağdsiz ödənişləri qəbul etməyə maraqlı deyil.
Bəs niyə taksilərdə posterminal quraşdırılmır?
Məsələ ilə bağlı AYNA-dan sorğumuza cavab olaraq bildirildi ki, taksi minik avtomobillərinə bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı bir ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalıdır:
“Eyni zamanda, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişindaşımalarında istifadə etdikləri taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal da olmalıdır. Bu barədə Nazirlər Kabinetinin 183 nömrəli qərarına əsasən, taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəricilərinə dair tələblərdə qeyd edilib. Bununla bağlı AYNA tərəfindən müvafiq işlər görülür. Eyni zamanda, mərhələli şəkildə nəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər icra olunmaqdadır” (milli.az).
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










