Nömrəni saxlatdırmaq mümkündürmü? - "Bron" nömrələr necə saxlanılır?
Bizim birinci işimiz qanuna baxmaqdır. YHQ 29-cu maddəsinin 3-cü bəndi : Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir.
Burada göstərir ki, əgər siz avtomobili satırsınızsa, dövlət qeydiyyat nişanının avtomobilin üzərində qalmağına etiraz etmirsinizsə, alan şəxs nömrənin avtomobilin üzərində qalmağa etirazı yoxdursa, bu zaman nömrə avtomobilin üzərində saxlanılmaqla qeydiyyat aparılır. Bu zaman 35 manat dövlət qeydiyyat nişanına görə rüsum ödənilməlidir.
VI. Bu maddənin III, IV və V hissələrində nəzərdə tutulmuş hallarda dövlət qeydiyyat nişanının əvvəlki (sonuncu) sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə verilməsinə görə, həmin şəxs “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.6.2-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunu ödəməlidir.
Avtomobilimi satıram, amma nömrəmi saxlamaq istəyirəm
Əslində bron bizim qaydalarda nəzərdə tutulmayıb. Yəni mən avtomobilimi satan zaman nömrəmi bronlaşdırıb , bi ildən sonra gəlib yeni aldığım avtomobilin üzərinə qeydə aldıra bilmərəm. Qanun buna icazə vermir. Amma mən həmin gün avtomobilimi satıb, çıxarılan nömrəni həmin gün aldığım avtomobilin üzərinə qeydiyata saldıra bilərəm. Bax, qanun buna icazə verir.
YHQ 29-cu maddə 3-cü bəndinə görə, dövlət qeydoyyat nişanını saxlatdıra bilərsiniz. Həmin gün yeni avtomobilinizə onu qeydiyyat elətdirmək olar. Buna görə 35 manat rüsum ödəyəcəksiniz.
Avtomobilləri arasında bir biri ilə dövlət qeydiyyat nişanlarını dəyişirəm
Qanun buna da icazə vermir. Avtomobilin dövlət qeydiyyat nişanı təkrar qeydiyyat zamanı dəyişə bilər. Bu hallar bunlardır :
1) fiziki şəxsin yaşayış yeri və ya hüquqi şəxsin olduğu yer dəyişildikdə;
2) nəqliyyat vasitəsinin sahibi dəyişildikdə;
3) sahibinin soyadı, adı, atasının adı dəyişildikdə;
4) avadanlıqla təchiz edilib yenidən yığılmasına və aqreqatların dəyişdirilməsinə görə nəqliyyat vasitəsinin tipi və yaxud modeli dəyişdirildikdə.
Dövlət qeydiyyat nişanının öz aralarında dəyişmək qanunla nəzərdə tutulmadığına görə, bunu qanunla etmək mümkün olmayacaq.